ALDP: Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidi

12:22 06-08-2019 | icon 488 | Siyasət
ALDP: Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Versus.Az-ın məlumatına görə, iclasda Ermənistan baş nazirinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa getməsi ilə bağlı bəyanat qəbul olunub.

 

Bəyanatda deyilir:

 Ermənistanın Baş naziri Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda verdiyi bəyanat – “Dağlıq Qarabağ Ermənistan ərazisidir” fikri Azərbaycan iqtidarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prinsipinin bir daha yanlış olduğunu sübüt edib. 25 ildir ki, “sülh yolu” ilə həll olunan məsələyə Paşinyan bu fikri söyləməklə nöqtə qoydu.

 

Qarabağ mitinqini keçirmək istəyən Azərbaycan müxalifətinə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişısinin Azərbaycan ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunması istiqamətində möhtərəm prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan bütün danışıqlar KİV ilə mütamadi olaraq işıqlandırılır” deyə, iqtidar şablon cavab verir.

 

Niyə Paşinyanın bu bəyanatına Azərbaycan iqtidarının, XİN-in cavabı KİV-lərdə ictimailəşmədi? Niyə ATƏT-in Minsk grupu susur?

 

ALDP hesab edir ki, Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidir.

ALDP Azərbaycan iqtidarından işğal altında olan Dağlıq Qarabağ torpaqlarını erməni quldurlarından təmizləmək üçün anti-terror əməliyyatlarına başlanmasını tələb edir.

 

ALDP həmçinin bu məsələyə görə İranda yaşayan yüz minlərlə soydaşlarımıza öz etirazlarını bildiklərinə görə təşəkkür edir, Azərbaycan türklərinin – Şimal - Cənub – bir-birlərinə dəstək verilməsinin vacib olduğunu bildirir.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR