“BİR DƏFƏ... HOLLİVUDDA” FİLMİNİN QAPALI BAXIŞI KEÇİRİLDİ

18:22 08-08-2019 | icon 684 | Film
“BİR DƏFƏ... HOLLİVUDDA” FİLMİNİN QAPALI BAXIŞI KEÇİRİLDİ

Kventin Tarantinonun, baş rollarda Bred Pitt və Leanardo DiKaprionu çəkdiyi “BİR DƏFƏ... HOLLİVUDDA” yeni filminin CinemaPlyus kinoteatrında nümayişi baş tutdu.

 

Versus.Az xəbər verir ki, filmin nümayişindən əvvəl CinemaPlyus kinoteatrının Pr Meneceri Nərmin Həsənova lotoreya oyunu və “BİR DƏFƏ... HOLLİVUDDA” filminin rejissoru Kventin Tarantinoya aid suallardan ibarət viktorina keçirdi.

 

Qaliblərə hədiyyə verildi. OSKAR sahibi olan rejissor Kventin Tarantinonun 9-cu filmi 1969-cu ildə, “qızıl dövrün” qürubunda, Hollivudda cərəyan edən hadisələrdən bəhs edir. Süjet əsasında məşhur TV aktyoru Rik Dalton ( Leanardo DiKaprio) və və onun dublyoru Kliff But (Bred Pitt) kinoindustriyanın sürətli inkişafı və dəyişmə dövründə öz yerlərini tapmaq niyyətindədirlər. Filmdə. həm də bu dövrdə ABŞ-da manyak Çarlz Mensonun bandası tərəfindən vəhşicəsinə qətllərdən söhbət açılır.

 

Ekranda, həmçinin, tamaşaçı Roman Polanskini və oun həyat yoldaşı Şeron Teyti də görəcklər. Şeron Teytin rolunda Marqo Robbi çəkilib. Filmdə məşhur aktyor Al Paçino toplam şəkildə olaraq, hollivud prodüserinin obrazını yaradır. Tarantino bu rol haqqında belə deyir: - “ Bu mənim şəxsi fikrim və arzumdur. Marvin Şvars rolunu xüsusi olaraq məhz Al Paçino üçün yazmışam və bu obrazda onda başqa heç kəsi görmürəm”. Rejissorun dediyinə görə, o, həmişə on film çəkmək arzusunda olub “BİR DƏFƏ... HOLLİVUDDA” mənim 9-cu filmimdir. Sonra nələriin baş verəcəyindən isə hələ heç bir deyə bilmərəm”.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR