Anarın “boğulub ölsəydim, sevinərdilər” fikrinə gənc yazarlardan reaksiya...

00:27 10-08-2019 | icon 145 | Ədəbiyyat
Anarın “boğulub ölsəydim, sevinərdilər” fikrinə gənc yazarlardan reaksiya...

Xalq yazıçısı Anar “Yeni Müsavat”a danışaraq, bu günlərdə ailəlikcə Türkiyədə istirahət edərkən,  Egey dənizində boğulmaqdan son anda xilas olduğunu deyib. Onun bu açıqlaması xeyli rezonans doğurub. Sosial şəbəkələrdə izləyicilər, eləcə də şair və yazıçılar müxtəlif reaksiyalar bildirib. Bu hadisəyə sevinənlər də, həyəcanla qarşılayanlar da olub. 

 

Yazıçı Anarın özü də müsahibəsində bu nüansa toxunaraq qeyd edib: “Düşünürəm ki, əgər boğulsaydım, həyat üçün çox mənasız bir sonluq olardı. Bəlkə də kimlərsə sevinəcəkdi. Amma düşünürəm ki, sevinənlər olacaqdısa, olsun. Mən heç kəsin ölümünə sevinmirəm. Qoy özgənin ölümünə sevinənlər uzun yaşasınlar!”

Versus.Az  mövzu ilə bağlı bir neçə şair və yazıçıların mövqeyini təqdim edir. 

Картинки по запросу şair Emil Rasimoğlu
Emil Rasimoğlu:
“Bir ziyalının ki, ümidi dənizin, çayın, ağacın və ümumən təbiətin törətdiyi hadisəyə qalıb...”

Bu günlərdə AYB-yə namizədliyini irəli sürcəyini elan edən şair Emil Rasimoğlu mövzuya bu cür rəy bildirdi: “Mən heç vaxt heç kimin, hətta mübarizə apardığım şəxsin belə təbiət hadisəsində məğlub olmasını öz qələbəm hesab etmərəm, nəinki haqqında qələbə naminə nəsə yazmaq, nəsə danışmaq, sevinmək. Bu ən azı cılızlıqdır. Bu, mənim şəxsiyyətimə, tutduğum yola və düşüncəmə yaddır. Şairin, yazıçının ümumiyyətlə, ziyalının uğuru düşüncəsində, qələmində, mövqeyində və bütün bunları özündə cəmləşdirən sağlam mübarizəsindədir. Hə, o mübarizədə qələbə çalırsansa o zaman yazı da yaz, nitq də söylə, hətta sevin də! Bir ziyalının ki, ümidi dənizin, çayın, ağacın və ümumən təbiətin törətdiyi hadisəyə qaldısa, o elə həmin ziyalının kiçikliyidir”.

Картинки по запросу Yazar Əsəd Qaraqaplan
Əsəd Qaraqaplan:
“Onun ölümünə kədərlənməzdim”

Yazar Əsəd Qaraqaplanın mövqeyi fərqli olub: “Heç bir ölümə sevinmərəm, amma tam səmimi deyim, Anarın ölmünə də kədərlənmərəm. Çünki bu tale və bu məsələ artıq şəxsi məsələdən çıxıb, ictimailəşib. Nə yazardım bilmirəm, bəlkə də heç nə yazmaz, İlhamə Quliyevanın ölümü kimi səssiz qalardım. Məncə, bu adamlar bunu daha öncədən düşünüb, ölümlərini bu qədər ucuzlaşdırmamalıdırlar. Başa düşürəm vəzifə şirindir, amma onun da zəhərini çıxarmaq lazım deyil. Əjdər Ol da vəzifədə idi də, heç bunlar kimi deyildi. Düzdür, indi vəzifədə deyil, çox adam ona bəlkə də əvvəlki münasibəti göstərmir, amma inanın, çox adamın ona sayğısı başqadır. Anar bir yazıçı kimi onsuz da çoxdan ölüb, belə ölsə, nə olacaq ki?! Anar ölsə də, anarizm davam edəcək, məsələn, Rəşad Məcid gələcək ora, daha betər olacaq. Yəni Anar yaxşı ki, boğulmayıb, oradakı uşaqların canı qurtarıb”.

Картинки по запросу gənc şair Tural Turan
Tural Turan:
“Anarın AYB-yə sədrliyinin son 5 ili susqunluqla yadda qaldı”

AYB-yə namizədliyini irəli sürən gənc şair Tural Turan yazıçı Anarla bağlı narazılıqlarını gizlətmədi: “Anar bizim ədəbiyyatımızda öz çəkisi olan şəxsdir, yəni xüsusi çəkisi var. Əlbəttə onu itirmək sənət dünyası üçün böyük faciə olardı. Digər tərəfdən, mən bu yaşıma qədər heç kimə ölüm arzulamamışam. İnsan insana ölüm arzulamaz. Bu nüans şəxsin artıq insanlıq keyfiyyətlərini itirməsi deməkdir. Anarın və ya başqasının arxasınca danışmaram. Sözüm varsa üzünə deyərəm. Ümumiyyətlə, ölübsə, ulu tanrıdan rəhmət diləyib keçərəm.... Anarın idarəetməsindən indi də narazıyam. Adam modern idarəçilikdən xəbərsizdir. Onun sədrliyinin və yazıçı kimi nüfuzunun hazırda ədəbiyyatımızın inkişafına xeyri yoxdur. Nüfuzlu yazıçıdır deyirlər. Amma o nüfuzdan istifadə edib gənc yazarların əsərlərinin xarici dillərə çevrilməsini reallaşdırmadı və ya bunu istəmədi. Ümumiyyətlə, Anarın AYB-yə sədrliyinin son 5 ili susqunluqla yadda qaldı. Gənclərin dünyaya çıxması üçün qurum heç nə edilmədi”.

Картинки по запросу gənc şair Aqşin Evrən
Aqşin Evrən:
“Anar müəllim çox tez bir zamanda başa düşəcək ki, o boğulub”

Öz növbəsində gənc şair Aqşin Evrən Anarın AYB sədrliyi vəzifəsində bu günə qədər qalmasının təəssüf doğurduğunu bildirdi: “Kaş ki, Anar müəllim illər əvvəl bu vəzifəni xələflərinə ötürüb, dənizdə üzməyə, balıq tutmağa gedəydi və gözəl əsərlər yazaydı. Kürsü məsələsinə görə Anara münasibətim birmənalıdır: bir vəzifədə bu qədər qalması qəbuledilməzdir. Ancaq onun başına hər hansı bir bədbəxt hadisənin gəlməsi məni məyus edərdi. Yaradıcı insanların faciəsi məni həmişə ağrıdıb. Anar müəllimin insan və yazıçısı kimi yox, məmur kimi “vəfat etməsi”ni istərdim. Bu, həm onun özünə, həm də ədəbiyyatımıza faydalı olardı. Məncə, Anar müəllim çox tez bir zamanda başa düşəcək ki, o boğulub: suda yox, məmur kürsüsündə. Bəlkə də bunu illər əvvəl başa düşüb. Düşünürəm ki, kreslo yaradıcı insan üçün qaz kamerası kimi bir şeydir. Açığı, Anarın bəzi hekayələrini, ssenari müəllifi olduğu filmləri bəyənirəm və ən azından bu əsərlərinə görə ona can sağlığı, mənəvi rahatlıq arzulayıram. Çox istərdim ki, bu qurultayda seçkiyə qatılmasın, evə gedib yazıçı ömrü yaşasın, biz də gedib ağsaqqala baş çəkək, söhbətləşək”. /yeni müsavat/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

Ailə bugün dünənki formatla yürüməz

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Döyüş xatirələrində yaşanan həqiqətlər

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

Azərbaycanda qadın süd vəzilərinə banka qoydu – FOTO