Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

19:59 18-08-2019 | icon 646 | Siyasət
Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bir neçə gün bundan öncə müalicə olunduğu Ankara Şəhər xəstəxanasında vəfat edən Qars rayonunun keçmiş polis rəisi və Türkiyə Respublikasının Bakıdakı səfirliyində təhlükəsizlik müşaviri işləmiş Osman Gezekerin ailəsi, Azərbaycandan gələn baş sağlığı mesajlarına görə duyğulandıqlarını ifadə edərək bütün Azərbaycan xalqına öz təşəkkürlərini bildiriblər

 

Qarsda 1988-1994 – cü illərdə polis rəisi və Azərbaycandakı ilk Türk Təhlükəsizlik Müşaviri olan təqaüddə olan polis rəisi, iş adamı Osman Gezeker, Türkiyə və Azərbaycan qardaşlığının möhkəmlənməsi üçün ömrünün son günlərinə kimi canla başla çalışmış bir dövlət adamı idi. Eyni zamanda, Azərbaycanın ümummilli lideri, mərhum prezident Heydər Əliyev və indiki prezident İlham Əliyevlə yaxın dostluq əlaqələri mövcud idi.

 

Ankara Vəkillər Kollegiyasının üzvü və uğurlu hüquqşünaslarından olan Özlem Gezeker ailələri adından bu çətin və kədərli günlərdə kədərlərini bölüşən Azərbaycan xalqına ürəkdən minnətdarlığını bildirib. Özlem Gezeker atasının Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəlin təlimatıyla Bakıda çalışmağa başladığını, Azərbaycanın bu günlərə gəlib çıxması, Azərbaycanın o dövrdəki mövcud çətin şəraitdən xilas olması üçün rəhmətlik atasının öz ürəyini ortaya qoyduğunu qeyd edib:

“Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi üçün illərlə çalışdı. Bu mübarizə prosesində biz övladlarına da yol göstərdi və böyük ilham qaynağı oldu. Mərhum prezident Heydər Əliyevin "Biz bir millət iki dövlətik" sözü bizlərin də əsas ideologiyasına çevrildi. Atam illərlə bütün enerjisini və imkanlarını Azərbaycan-Türkiyə qardaşlığı və tərəfdaşlığı üçün səfərbər etdi. Bakıda Özkaya adlı şirkətin direktoru olduğu zaman, qazandıqlarını orda yaşayan insanlar üçün xərclədi. Mərhum atam Azərbaycanda maddi imkanları məhdud olan bir çox insanlara kömək əlini uzatdı, əlindən gələni əsirgəmədi. Bunu Atamın ölümü ilə əlaqədar ağrılarımızı bölüşmək üçün telefon, məktub və mesajla bizə müraciət edənlərin mesajlarından və sözlərindən də anlayırıq. Buna görə də bir daha Atamızın etdikləri ilə fəxr edirik. Hətta atamın dəfn mərasimində Azərbaycandan olan dostlarımız da iştirak edirdi".

 

HEYDƏR ƏLİYEV XX əsrin vacib siyasi aktorlarından biridir

 

Özlem Gezeker, atasının xatirələrini dilə gətirərək, rəhmətlik atasının hər zaman Azərbaycana xidmətin Türkiyəyə xidmət, Türkiyəyə xidmətin isə dünya və insanlığa xidmət olduğunu söylədiyini xüsusi vurğuladı: “Azərbaycana nə qədər xidmət etsəm Türkiyəyə də bir o qədər xidmət etmiş olarıq. Heydər Əliyevlə görüşmək mənim üçün böyük şans idi. Heydər Əliyev XX əsrin önəmli siyasi liderlərindən biri idi. Onun fikirlərini öyrənmək çox vacib idi. Hər şeyi vaxtında və düzgün şərh edə bilən bir lider idi. Mərhum Heydər Əliyev son nəfəsinədək Azərbaycan üçün çalışdı. Atam bu mübarizədə onun yanında idi. Azərbaycanın ümummilli liderini sayğı və minnətlə xatırlayırıq".

 

İLHAM ƏLİYEV BU BAYRAĞI YÜKSƏKLƏRƏ QALDIRACAQ

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan getdikcə inkişaf etdiyini və gücləndiyini qeyd edən xanım vəkil atasının Türkiyə və Azərbaycanın bir ananın iki övladı olduğunu dəfələrlə vurğuladığını sözlərinə əlavə edib:

“Azərbaycanın müvəffəqiyyəti Türkiyənin müvəffəqiyyəti, Türkiyənin də müvəffəqiyyəti Azərbaycanın müvəffəqiyyətidir. Bu çətin günlərdə bizimlə birlikdə olan Azərbaycan xalqına Gezeker ailəsi adından öz təşəkkürümüzü bildirirəm. Təşəkkür edirəm, dostlar! Atam Azərbaycanın ən çətin və əziyyətli günlərində mübarizənin bir əsgəri idi. Çünki atam bu işin gerçəkləşəcəyinə çox inanırdı. Bizlər də mərhum atamızın Azərbaycan-Türkiyə qardaşlığının daha da inkişaf etdirilməsi yolunda mübarizəni qaldığı yerdən davam etdirəcəyik. Bunun üçün həm də Təhlükəsizlik Müşaviri vəzifəsində çalışmış atamızın izindən gedən övladları olaraq bizlər üzərimizə düşən hər şeyi etməyə hazırıq". – dedi.

 

Ramiyyə Məmmədova 
/politoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları