Siyasətin pozitivləri – “BUQƏLƏMUN”lar

13:06 31-03-2018 | icon 1110 | Köşə
Siyasətin pozitivləri – “BUQƏLƏMUN”lar

Fəaliyyətin yoxdursa, ləğv ol!

 

FƏRİD İMRAN

/tələbə/

 

...Azərbaycanda çox yaxşı, güclü müxalifət partiyaları var. Bu partiyalar demək olar ki, hər ay müxtəlif işlər görür, ictimaiyəti narahat edən məsələləri qaldırmaqla insanları öz arxalarınca apara bilir. Üzvlərinin sayı isə minlərlədir.

 

Hə, sizinlə bir qədər zarafat etdim. Bu bir “şaka”... Ümid edirəm ki, bunlara inanmadınız.

Əslində isə bildiyimə görə, Azərbaycanda dövlət qeydiyyatına alınan, alınmayan 54 siyasi partiya mövcuddur. YAP-dan tutmuş “Vəhdət”ə , “Aydınlar”dan tutmuş “Azadlıq”a qədər... Həqiqi müxalifətindən, “buqələmun” xarakteri ilə  işləyənlərə qədər... Mən hələ mətbuatda 1 dəfə də olsun bir açıqlama verməyən, 50 nəfər üzvü olmayan, indiyədək heç bir siyasi fikir irəli sürməyən, savadsız lideri olan partiyaları demirəm.

 

Başa düşə bilmirəm, bu partiyalar niyə yaranıb, nə üçün yaranıb və kim yaradıb... Əgər, fəaliyyət göstərə bilmirsənsə, niyə ləğv olunmursan?

11 Aprel Prezident seçkiləri yaxınlaşır. Bu seçkilər Azərbaycanın gələcəyi üçün başladılmış bir seçkidir. Cəmi 4-5 partiya seçkilərdə iştirak edir. Özünü müxalifət adlandıran partiyalar və Milli Şura seçkini boykot edir. Elə bil Əli Kərimli və ya Cəmil Həsənli özlərinə söz vəriblər ki, hər 2 seçkidən birini boykot edəcəklər. Başa düşürəm, özün də inanırsan ki, hakimiyyətə gələ bilməyəcəksən. Amma heç olmasa özünə güldürmə. Belə bir şey də var, deyirlər ki, Araz Əlizadə kimi özünü söydürməkdənsə, seçkiyə qatılmamaq daha yaxşıdır. Bir başqası da deyəcək ki, söyüşdən qorxandan siyasətçi olmaz.

 

Bəs, o zaman, seçkiyə müxalif partiyalardan kim qatılsın? Həqiqətənmi Azərbaycanda müxalifət yoxdur?! Bu sualların cavabını çox yaxşı bilirsiniz... Başınızı yormayım...

 

Balaca bir sorğu apardım. 167 nəfər arasında apardığım sorğuda cəmi 16 nəfər siyasi partiyaya üzv olduğunu qeyd edib. Sorğunun nəticəsindən belə qənaətə gələ bilərik ki, Azərbaycanda cəmi 295000 insan  siyasi partiyaya üzvdür. Bu isə gülməli bir rəqəmdir.

 

Hələ sizə partiyaların maliyyələşməsini demirəm. Bilinmir onları kim maliyyələşdirir. Bunu da özünüz düşünün. Bəlkə də cavabını çox yaxşı bilirsiniz. Mən özüm də bir gənc olaraq, yaranan bu vəziyyəti başa düşmk üçün “baş sındırıram”. Görək də...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR