"İrsimizə atəş açmayın" filmi BSU-da

14:08 31-03-2018 | icon 1377 | Təhsil
"İrsimizə atəş açmayın" filmi BSU-da

Qənirə Paşayeva 31 Mart soyqırımından danışıb

 

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 mart - Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirdə və tanınmış araşdırmaçı, alim Şəlalə Həsənovanın "İrsimizə atəş açmayın" sənədli filminin təqdimatında çıxış edib və gənclərə çağırış edib.

 

Versus.az-ın məlumatına görə, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının 100-cü ildönümündə Bakı Slavyan Universitetində tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılmasında gənclərin rolunu və fəallığını daha da artırmaq məqsədilə Bakı Slavyan Universitetinin həyata keçirdiyi bu cür tədbir və müzakirələrin çox önəmli olduğunu bildirib, universitetin rəhbərliyinə və tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

31 Mart faciəsi, ermənilərin həyata keçirdiyi bu dəhşətli soyqırım cinayəti ilə bağlı gənclərə geniş məlumatlar verən Q.Paşayeva bu tarixi faktların dünyaya daha geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə gəncləri fəal olmağa çağırıb:

 

"Biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ölkəmizin könüllü əsgəriyik və olmalıyıq. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.


Millət vəkili gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb:

 

“Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir”.

 

Gəncləri tariximizi dərindən öyrənməyə çağıran Qənirə Paşayeva onlara 31 Mart soyqırımı ilə bağlı, kökləri elə o zamanlara dayanan Dağlıq Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı da geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir, dünyada daha geniş yayılmasına, Azərbaycan əlehinə yalanlara qarşı ciddi mübarizə aparmalıdır. Millət vəkili “qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm” deyərək gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb:

 

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz. Ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr var. Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır. Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir”.

 

Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. Q.Paşayeva Bakı Slavyan Universitetinin böyük ənənələri olan təhsil ocağı olduğunu qeyd edib, gənclərin fəallığının əhəmiyyətini vurğulayıb, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Millət vəkili tələbələri universitetdə keyfiyyətli təhsil və xarici dilləri öyrənmək üçün yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib.

 

Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində təqdim olunan tanınmış araşdırmaçı, alim Şəlalə Həsənovanın "İrsimizə atəş açmayın" sənədli filminin Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətini qeyd edib, bu film üçün təşəkkürünü bildirib, bu cür filmlərin artmasının vacibliyini vurğulayıb.

 

Tədbirin sonunda Q.Paşayeva tələbələri maraqlandıran sualları da cavablandırıb və tədbirdə iştirak edən müəllimlərlə də görüş və fikir mübadiləsi aparıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR