Millət vəkili Tovuzun kəndlərini ziyarət edib
Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Versus.Az-ın məlumatına görə, millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.
Qənirə Paşayeva sakinləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.
Görüşlərdə Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirən millət vəkili bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb. Bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı söhbətlər, müzakirələr aparılıb.
Qənirə Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və Prezidentin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib. Bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək.
Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. O, sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.
Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcəyini və həllinə çalışacağına deyib. O, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”