“31 mart 1918-ci il azərbaycanlıların soyqırımı - 100”

14:09 02-04-2018 | icon 612 | Gündəm
“31 mart 1918-ci il azərbaycanlıların soyqırımı - 100”

Aprelin 2-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “31 mart 1918-ci il azərbaycanlıların soyqırımı – 100” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Versus.az xəbər verir ki, AMEA-nın Əsas binasının Akt zalında təşkil olunan tədbirdə Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, ABŞ, Rusiya, Almaniya və İrlandiyadan alimlər də iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli 1918-ci ilin martında ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımının tariximizin qanlı səhifəsi olduğunu qeyd edərək, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb və bu işdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib.

 

Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək, konfransın Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncamı ilə əlaqədar təşkil olunduğunu qeyd edib. G.Baxşəliyeva 1918-ci ilin martında ermənilər tərəfindən törədilən qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyərək, bu soyqırımına ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hüquqi-siyasi qiymət verilərək, 31 mart Azərbaycanlıların Soyqırımı Gününün təsis edildiyini xatırladıb. Gövhər xanım Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində Şərqşünaslıq İnstitutunda əhəmiyyətli işlər görüldüyünü bildirərək, İnstitut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolunu vurğulayıb.

1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilən soyqırımı hadisələri ilə bağlı çoxsaylı kitabların müəllifi, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi məruzəsində həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törətdilən soyqırımlar barədə ətraflı məlumat verib.

 

Tədbirdə məruzə edən xarici alimlər - Almaniyadan dr., prof. Dirk Reytz Günter, Türkiyədən dr., prof. Kamal Çiçək, dr. Mehmet Perinçek, İrlandiyadan dr., prof. Patrik Valş, ABŞ-dan dr. Nikolas Vandorf, Rusiyadan dr. Oleq Kuznetsov, dr., prof. Valeri Stepanov və dr., prof. Boris Hatsiyev ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımını qınayaraq, bu hadisələrlə bağlı tarixi faktları diqqətə çatdırıblar.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Cənubi Azərbaycanda XX əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən soyqırımı ilə bağlı məruzə etdi və rəhbərlik etdiyi şöbədə bu mövzuda yazılan və ya fars dilindən tərcümə edilən kitablar barədə danışıb.

Sonda məruzələr ətrafında çıxışlar olub.

Tədbir çərçivəsində ermənilərin törətdikləri soyqırımına aid Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitabların sərgisinə baxış keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR