"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"
"İqtidarın nəhayət ki, müxalifətlə dialoqa getməsi müsbət haldır. Biz siyasi partiya olaraq illərdir bunun vacibliyini vurğulayırıq. Amma danışıqlara sadəcə qeydiyyatdan keçmiş partiyaların dəvət edilməsi ədalətsizlikdir. Və bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil..."
Versus.Az xəbər verir ki, bunu açıqlamasında AXCP Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev deyib.
Partiya sözçüsü hökumət yetkililərinə müraciətlə "siz danışıqları kağızla, möhürlə, imzayla yox, canlı insanlarla aparırsınız"- deyə, vurğulayıb:
"Müxalifət xalqın təmsilçisidir və xalq, müxalifət kağızdan, möhürdən ibarət deyil. Bir iş görürsünüzsə, lütfən, bir dəfə də yarımçıq etməyin, bir dəfə də səmimi olun. Bizi qeydiiyyatdan keçmədiyimizə dəvət etməyən də sizsiniz, qeydiyyata almayan da sizsiniz... Bu, müxalifətlə dialoq deyil, əskinə bu, müxalif partiyalar arasında ayrıseçkilik edərək müxalifət arasında onsuz da mövcud problemləri daha da dərinləşdirməkdir, onları biri-birlərindən daha da uzaqlaşdırmaqdır...
Bu yanlışı həmən düzəldin və bütün müxalifətlə masa arxasında əyləşin. Dövlətçiliyimizin təhlükəsizliyi, xalqımızın rifahı üçün bu vacibdir, zəruridir. Əks halda bu təşəbbüs heç bir müsbət nəticə verə bilməz".
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”