"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

15:30 17-10-2019 | icon 654 | Siyasət
"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

Fuad Əliyev: "Bu məntiqlə Suriya Türkiyəni işğalçı kimi tanıyacaq və torpaqlarımızın işğalı ilə bağlı məsələdə bizi dəstəkləməyəcək"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Versus.Az xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, AXH-nin 26 oktyabra təyin etdiyi mitinq, regional və təşkilati məsələlər müzakirə olunub.

 

ALDP sədri bildirib ki, Azərbaycan Xalq Hərəkatı (AXH) oktyabr ayının 26-na mitinq təyin edib:

 

"Hesab edirəm ki, nəzərdə tutulan mitinqə tam gücümüzlə dəstək vermək lazımdır. Yaşadığınız yerlərdə və sosial şəbəkələrdə təbliğat işlərinə başlamaq lazımdır”.

 

Sonra regional məsələlər müzakirə edilib. Fuad Əliyev vurğulayıb ki, Azərbaycan iqtidarının  bu

25 ildən artıq daxili və xarici siyasətdə buraxdığı səhvlər kifayət qədər olub. Xüsusilə də işğal olunan Qarabağ və ətraf 7 rayon məsələsində:

 

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT TŞ-nın 4 qətnaməsi olduğu halda, bu qətnamələrdə göstərilən prinsipləri həyata keçirə bilmirik. Son belə səhv addım Azərbaycanın Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında havadan və qurudan “Barış bulağı” hərbi əməliyyatına dəstək verməsi oldu. Hesab edirəm ki, bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi. Biz dünyadan Ermənistanın işğalçı olduğunu tanınmasını tələb edirik. Bu məntiqlə Suriya Türkiyəni işğalçı kimi tanıyacaq və torpaqlarımızın işğalı ilə bağlı məsələdə bizi dəstəkləməyəcək”.

 

Daha sonra iclasda təşkilati məsələlərə baxıldı.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Türkiyə Cümhuriyyəti - 101