"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"
Əlisahib Hüseynov: "Müxalifət həm formaca, həm də keyfiyyətcə dəyişməlidir, yenilənməlidir"
"AXCP-"Milli Şura" cütlüyünün baş tutmayan 19 oktyabr icazəsiz aksiyası bir daha onu göstərdi ki, müxalifətimiz həqiqətən də köhnəlib, qocalıb".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.
Partiya sədri vurğulayıb ki, müxalifət sözün hər iki mənasında - həm fiziki, həm də mənəvi-siyasi planda qocalıb:
"Onların istifadə etdikləri tezislər, şüarlar, təkliflər və metodlar 1990-cı illərin əvvəllərində qalıb. Lakin dövr dəyişib. Artıq 2019-cu il də başa çatmaq üzrədir. Zaman tamamilə yeni şərtləri diktə edir. Cəmiyyətin siyasətə və siyasətçilərə də münasibəti kökündən dəyişib. Aydın görünür ki, indi əhalinin əksər hissəsi müxalifəti dəstəkləmir. Niyə? Bax, bunun səbəbləri barədə ciddi-ciddi düşünmək lazımdır".
Əlisahib Hüseynov qeyd edib ki, sadəcə mitinq taktikasının ümidinə qalmaqla və yeri gəldi-gəlmədi hər aksiyada "istefa", "azadlıq" şüarları qışqırmaqla keyfiyyətli müxalifət olmaq, uğurlu müxalifətçilik etmək mümkün deyil:
"Müxalifət həm formaca, həm də keyfiyyətcə dəyişməlidir, yenilənməlidir. Dəyişmək istəmədikcə, bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdıracaq".
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”