ALDP-dən polis zorakılığına qarşı bəyanat

10:54 21-10-2019 | icon 706 | Siyasət
ALDP-dən polis zorakılığına qarşı bəyanat

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

ALDP Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, 19 oktyabr mitinqi, Azərbaycan Xalq Hərəkatının (AXH) 26 oktyabra təyin etdiyi mitinq və bəzi təşkilati məsələlər müzakirə olunub.


Partiya eyni zamanda 19 oktyabr mitinqi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:



"ALDP YAP hakimiyyətinin Milli Şuranın mitinqin təyin etdiyi 28 May metro stansiyası ətrafındakı yolları bağlamasını, Bakı şəhərini iflic vəziyyətə salmasını, mitinqə gələnlərə - qadın, kişi, yaşa baxmadan işgəncə, zor tətbiq edilməsini şıddətlə qınayır!

Hətta mitinqə bir gün qalmış, 18 oktyabrda həbslər baş vermişdi. Belə ki, ALDP, GAP, AXCP, Müsavat üzvləri qeyri-qanuni olaraq iki gün polis bölmələrində saxlanılmışlar.

ALDP 19 oktyabrda minlərlə vətəndaşa, jurnalistlərə və partiya sədrlərinə, xüsusilə AXCP sədri Əli Kərimliyə qarşı edilmiş zorakılığı insan hüquq və azadlıq prinsiplərin, əxlaq və mənəviyyat dəyərlərin zorlanması kimi qiymətləndirir.

ALDP hakimiyyətdən vətəndaşların Konstitusion hüquqlarına, müxalif fikirli vətəndaşlara repressiyaların dayandırılmasını tələb edir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Türkiyə Cümhuriyyəti - 101