"İqtidarın kadr islahatlarında müxalifətin də potensialından istifadə edilməlidir"

12:02 23-10-2019 | icon 1433 | Siyasət
"İqtidarın kadr islahatlarında müxalifətin də potensialından istifadə edilməlidir"

Ehtiram Mehtiyev: "Fikrimcə, iqtidar belə addımı ilə cəmiyyətə barış mesajı da vermiş olar"

 

"Hazırda ölkəmizdə yeni siyasi dövrün başlandığının şahidi oluruq. Müxtəlif dövrlərdə ictimai-siyasi prosesləri dəyişən kadr islahatları Azərbaycanda dövlətçiliyi və idarəetməni möhkəmləndirməyə xidmət etdiyini düşünsək də, bəzi zamanlarda bunun əksini gördük. Çünki vəzifəyə təyin olunan məmurların əksəriyyəti məsuliyyət hissini dərk etmədilər. Hətta vəzifələrindən sui-istifadə edərək dövlət maraqlarına xəyanət etdilər".

 

Bunu Versus.Az-a açıqlamasında AXCP-nin sədr müavini Ehtiram Mehtiyev bildirib.

 

Ümumiyyətlə kadr islahatlarının idarəetmənin təkmilləşdirilməsinə xidmət etməli olduğunu vurğulayan E.Mehtiyevun fikrincə, bunun üçün kadr seçərkən heyəti cavanlaşdırmaqla yanaşı, dövlət maraqları da əsas tutulmalıdır:

 

"Hesab edirəm ki, perspektiv ­inkişaf hədəflərini müəyyənləşdirmək üçün bu, əsas şərtlərdən biri sayılır. İqtidarın kadr islahatlarında əks düşərgənin, yəni müxalifətin də potensialından istifadə edilməlidir. Müxalifət partiyalarında ölkədəki mövcud vəziyyəti düzgün analiz edən kifayət qədər savadlı, intelektual və ən əsası da dövlət maraqlarını üstün tutan, vətənini xalqını sevən kadrlar çoxdur. Fikrimcə, iqtidar belə addımı ilə cəmiyyətə barış mesajı da vermiş olar.

Düzdür, etiraf edim ki, bəzi ənənəvi müxalifətçiləri toplasan bir rayonu idarə edə bilməzlər. Çünki onlar üçün dövlət maraqlarından üstün paxıllıq, vəzifə hərisliyi, mənəm-mənəmlik daha alidir. Onlar vaxtilə vəzifələrindən sui-istifadə edərək Azərbaycanda sabitliyi pozmağa cəhd etdilər. Ölkəni böyük təhlükə ilə üz-üzə qoydular. Əbülfəz Elçibəyin siyasi yolunu davam etdirən, xalqın səsini, etimadını qazanan Razi Nurullayevin sədrlik etdiyi AXCP-nin digər partiyalardan ən vacib fərqi ən geniş hazır proqram təminatına malik olmağıdır. Bizim partiyanın ali məqsədləri daha güclü cəmiyyətin qurulmasına xidmət edir. Bütün dövrlərdə partiyamız nəyi deyib, nəyi tənqid edirsə, nəyi fərqli görmək istəyirsə, mütləq şəkildə çıxış yolunu da göstərir. Hazırda partiyamızda bir neçə sahələrə uyğun kadrlarımız var. İnanıram ki, dövlətini sevən, onun maraqlarına xidmət edən bu kadrlarla ölkəmizin inkişafına, idarəetmənin təkmilləşdirilməsinə öz töhvəmizi verə bilərik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Türkiyə Cümhuriyyəti - 101