İtalyan bəstəkarın operasının tamaşası keçiriləcək

08:14 06-11-2019 | icon 116 | Mədəniyyət
İtalyan bəstəkarın operasının tamaşası keçiriləcək

Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı”operasının tamaşası keçiriləcək.

 

Teatrdan Versus.Az-a verilən məlumata görə, tamaşanı idarə etmək üçün Teatrın rəhbərliyi tanınmış İtaliyalı dirijor - Makedoniya Dövlət Opera və Balet Teatrının baş dirijoru, professor Yakopo Sipari di Peskasserolini dəvət etmişdir. Maestro Sipari eyni zamanda Qətər simfonik orkestri, İstanbul Milli simfonik orkestri, Belqrad Milli Teatrı orkestri və Meksika simfonik orkestrinin dəvətli dirijorudur.

 

Opera tamaşasında baş rolu - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, Gürcüstanın Dövlət mükafatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcəkdir.

 

Tonio rolunda Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələrinin laureatı Stanislav Trifonov çıxış edəcəkdir.

 

Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

Azərbaycan mətbuatı – 145

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA