"Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir"

09:22 08-11-2019 | icon 383 | Siyasət
"Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir"

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı bəyanatla çıxış edib.

 

Versus.Az xəbər verir ki, bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş yoxdur. 


"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də təsdiq etdiyi kimi, atəşkəsə ümumilikdə əməl olunur və atışmalar xeyli dərəcədə azalıb. Onlar da səmərəli müzakirələrin aparılması və həll yolu ilə bağlı danışıqlarda irəliləyiş üçün əlverişli atmosferin mövcud olduğunu təsdiqləyirlər. Lakin baxmayaraq ki, pozitiv atmosferi yaranıb, 2018-ci ilin sentyabrından təmas xətti boyunca müşahidə olunan sakitlik  münaqişənin həlli istiqamətində müsbət irəliləyişə çevrilmədi. Faktdır ki, biz bu gün yalnız görüşlər barədə danışa bilirik, hansı ki, həmsədrlərin özlərinin də davamsız və qəbuledilməz adlandırdığı hazırkı işğalın status-kvosunu dəyişməyə imkan verəcək, münaqişənin həlli ilə bağlı substantiv məsələlərin tam hüquqlu müzakirəsinə çevrilə bilmir. Görüşlərin müəyyən intensivliyinə baxmayaraq, Ermənistanın vicdanla danışıqlar aparmaq üçün açıq siyasi istəyinin olmaması prosesin irəliləməsinə mane olmağa davam edir. Bu mənada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyi-Yorkdakı görüşü də məyusedici idi.


Biz bu fikirdəyik ki, bəzi etimad tədbirləri həyata keçirilə bilər. Lakin bunlar danışıqlar prosesində əvəzedici ola bilməz. Xalqların sülhə hazırlanması ilə bağlı bu kiçik addımlar substantiv danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz. Ötən bir il ərzində Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışlar və hərəkətlər edərək sülh prosesini pozmağa yönələn davamlı cəhdlərinin şahidi olmuşuq. Beləliklə, Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir", - deyə bəyanatda vurğulanır. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ