Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib
Mahmud Kaşqari adına Beynəxalq Fondun Mükafat Komissiyası Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə millət vəkili, prof.dok Qənirə Paşayevanı “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edib.
Versus.Az xəbər verir ki, təqdimetmə mərasimi martın 10-da keçirilib.
2006-cı ildə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən təsis edilən “Beynəlxaq Mahmud Kaşqari Mükafatı Türk-İslam mədəniyyəti qarşısında özəl xidmətlərə görə Beynəlxalq Komissiya tərəfindən verilir. Komissiyanın sədri görkəmli Qazaxstan yazıçısı, akademik Sabit Dosanovdur.
Mükafatı alanlar sırasında Türkiyənin 9-cu prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Suleymenov (Qazaxstan), akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, əməkdar elm xadimi, prof. dok. Qəzənfər Paşayev, professor Namik Kamal Zeybek (Türkiyə), Türk Ədəbiyyatı Vakfının başqanı Sərhat Kabaklı, akademik Sabit Dosanov (Qazaxstan), rus filosofu Aleksandr Dugin, xalq yazıçısı Çingiz Abdullayev, Qazaxstan Yazıçılar Birliyinin sədri, şair Ulugbek Esdoulet, Qırğızıstanın xalq şairi Mark Abay Aamatov, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi və digər məşhur şəxslər var.
Mahmud Kaşqari adına Beynəlxalq Fond AYB sədri Anar Rzayev, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən təsis edilib.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”