“Məlumat yayıldı ki, bir rayona çoxlu sayda ambulans cəlb edilib”
Qənirə Paşayeva: "Yalan məlumatların yayılmasının qarşısı alınmasa, bunun insanlara vurduğu zərər koronavirusun vurduğu zərərdən az olmayacaq"
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin martın17-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklikləri dəstəkləyib və ciddi təkliflərlə çıxış edib.
Qeyd edək ki, əlavə və dəyişikliklərə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməsinə yol verilməməlidir.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişiklikləri dəstəkləyir:
“Dezinformasiyalar, yalan məlumatların yayılmasının qarşısı alınmasa, bunun insanlara vurduğu zərər koronavirusun vurduğu zərərdən az olmayacaq. Reytinq xatirinə hansısa başlıqlarla doğru olmayan məlumatları qoymaq, daha çox izləyici yığmaq vaxtı deyil. Ona görə, xahiş edirəm ki, hər kəs bu mövzuda yalan informasiyalar yaymaqdan qaçsın. Bu problemlərinin bir çoxunun yayılma qaynağı Azərbaycan sərhədlərindən kənardadır. Bir məlumat yayıldı ki, bir rayona çoxlu sayda ambulans maşın cəlb edilib. Mən vaxtımın böyük hissəsini həmin rayonun sakinlərindən bu məlumatların dəqiqləşdirilməsinə sərf etdim. Sosial şəbəkələrdə yayılan məlumatlara vaxtında reaksiya verilməlidir. Bu məlumatların geniş şəkildə ölkə daxilində yayılmasının qarşısı alınmalıdır. Sosial şəbəkələrdə yayılan məlumatların nəzarətdə saxlanılması üçün operativ quruma ehtiyac var. Bu gün informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin gücləndirilməsinə çox böyük ehtiyac var, müvafiq qurumları bu məsələyə diqqət yetirməyə çağırıram”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”