Deputat ilk maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək

19:17 21-03-2020 | icon 552 | Siyasət
Deputat ilk maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək

Eldar İbrahimov: "Hesab edirəm ki, imkanı olan hər bir şəxs bu Fonda vəsait köçürməlidir"

 

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor Eldar İbrahimov Modern.az-a müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Eldar müəllim, dünyanı başına götürmüş koronavirus bəlası, koronavirus təhlükəsi bizim ölkəmizdən də yan keçməyib. Bu təhlükənin, bu bəlanın qarşısının alınması istiqamətində də artıq bir sıra mühüm addımlar atılıb və atılmaqdadır. Bu addımlardan biri də Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasıdır. Siz atılan addımları necə qiymətləndirirsiniz?

 

- Çox təəssüflər olsun ki, 21-ci əsrdə, elmin, tibbin, səhiyyənin bu qədər inkişaf etdiyi bir dövrdə dünya, bəşəriyyət koronavirus adlı bəla, təhlükə ilə üz-üzə və aciz durumda qalıb. Bu bəla elə bir dövlət yoxdur ki, gedib ona çatmasın, onun qapısını döyməsin. Çində, İranda, İtaliyada, İspaniyada, digər inkişaf etmiş Avropa ölkələrində, o cümlədən, səhiyyə sahəsində lider ölkələrdən olan qardaş Türkiyədə, ətrafımızda yerləşən dövlətlərdə yaşananlar, baş verənlər gözümüzün önündədir, hamımız bundan çox böyük kədər, dərin narahatlıq hissi keçiririk.

Rəsmi statistikaya görə, dünyada artıq 200 mindən çox insan koronavirusa yoluxub, 10 mindən çox insan bu bəladan, bu xəstəlikdən dünyasını dəyişib. Biz də təbii ki, dünyadan təcrid olunmamışıq, bizdə də koronavirusa az da olsa, yoluxanlar var. Amma sevindirici haldır ki, bizdə koronavirusa yoluxanların sayı çox deyil, artıq bir neçəsi də sağalaraq, evlərinə buraxılıblar. Burada da təbii ki, Azərbaycan dövlətinin, ölkə Prezidentinin iradəsi, qətiyyəti, ilk gündən məsələni ciddi şəkildə nəzarətdə saxlaması öz sözünü dedi. Əgər digər ölkələr də vaxtında bu məsələdə ciddiyyət, qərarlılıq göstərsəydilər, bütün addımları atsaydılar təhlükənin, bəlanın miqyası bu qədər böyük olmazdı. Azərbaycan isə bu məsələdə dünyaya bir növ nümunə oldu, Azərbacan dövləti bir daha atdığı addımlarla vətəndaşının, insanının yanında olduğunu nümayiş etdirdi.

Özünüz də görürsünüz ki, hər gün bir bir neçə fərman və sərəncam imzalanır, insanlarımızın bu bəladan qorunması üçün bütün zəruri addımlar atılır. Bu addımlardan biri də ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondundur. Hesab edirəm ki, vaxtında atılan və təqdirəlayiq bir addımdır. Bu Fondun yaradılması hər bir Azərbaycan vətəndaşı tərəfindən dəstəklənir və dəstəklənməlidir. Bu, yalnız və yalnız xalqımızın sağlamlığının qorunması, koronavirus təhlükəsinin qarşısının daha effektiv şəkildə alınması ilə bağlı zəruri bir addımdır…

 

- Yeri gəlmişkən, Fonda vəsait köçürmək istəyənlər arasında MM üzvləri də fəallıq nümayiş etdirirlər…

 

- Belə də olmalıdır. Dünyada xalqlar fəlakətlərlə, böyük təhlükələrlə üz-üzə qalanda həmrəylik, birlik nümayiş etdirirlər. Bu, tarixən belə olub. Koronavirus da bir bəladır, bir fəlakətdir və bu bəlanın, bu fəlakətin qarşısının alınması, önlənməsi üçün kimliyindən asılı olmayaraq, hər bir kəs bir nəfər kimi səfərbər olunmalı, birlik, milli həmrəylik nümayiş etdirməlidir, populizmlə məşğul olmamalıdır.

Təkcə hər şeyi dövlətdən gözləmək, dövlətin üzərinə atmaq olmaz, hamı təşəbbüskar olmalı, hamı öz xidmətini ortaya qoymalıdır. Dövlət onsuz da üzərinə düşəni edib, edir və edəcək, buna şübhə ola bilməz. Eyni zamanda, bizlər də bu məsələdə öz məsuliyyətimizi dərk etməli, əlimizdən gələni etməyə çalışmalıyıq. Bir Azərbaycan vətəndaşı, bir millət vəkili olaraq, mən də bu prosesdən kənarda qala bilməzdim.

Odur ki, 6-cı çağırışdakı ilk aylıq məvacibimi bütövlükdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyə qərar verdim. Bu, mənim insanlıq, vətəndaşlıq borcumdur. Hesab edirəm ki, imkanı olan hər bir şəxs bu Fonda vəsait köçürməlidir. Bu, ümumu işimizin xeyrinə olan bir məsələdir. Bir sözlə, bir olaq, birlikdə olaq, güclü Azərbaycan olaq!

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ