AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu
Ehtiram Mehtiyev: "Nümunəvi vətəndaş olmağa çalışaq"
"Dövlətin koronavirusla mübarizə istiqamətində atdığı addımlara, gördüyü önləyici tədbirlərə ictimaiyyətin də, hər bir vətəndaşımızın da ciddi dəstəyi vacibdir".
Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev deyib.
Qeyd edək ki, E.Mehtiyev də Prezidentin çağırışına qoşulub:
"Koronavirusla Mübarizəyə Dəstək Fonduna mən də internet üzərindən köçürmə etdim. İmkanı olan dostlar, mümkün qədər siz də dəstək olun. Bu dövlət bizimdir. Tanrı dövlətimizi, millətimizi qorusun".
İnternet üzərindən ödəniş etmək üçün hökumət ödəniş portalına daxil olun. Link aşağıda:
https://gpp.az/GPEWebPortal/Infosite/Default
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”