Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

13:38 24-03-2020 | icon 1443 | Siyasət
Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

İqbal Ağazadə: “Dövlət karantin müddətində iri marketlərlə müqavilə imzalayıb, sosial marketlər yaratmalıdır”

 

"İqtisadi İnkişaf Nazirliyi dövlət büdcəsi hesabına ərzaqlar almalı, sosial mağazalarda maya dəyərindən aşağı qiymətlərlə satışını təşkil etməlidir".

 

Versus.Az xəbər verir ki, belə bir təkliflə Ümid Partiyasının sədri İqbal Ağazadə "facebook" hesabında çıxış edib.

 

Partiya sədri bildirib ki, əhalinin aztəminatlı hissəsi müdafiəsiz qalmasın deyə dövlət karantin müddətində iri marketlərlə müqavilə imzalayıb, sosial marketlər yaratmalıdır:

“Yaradılan fonda daxil olan vəsaitlərdən də bu məqsəd üçün istifadə etmək olar. Hər halda bunun üçün mənbələr var”.

 

İ.Ağazadə qeyd edib ki, səlahiyyətli dövlət qurumları üçün maraqlı olarsa, Ümid Partiyası bu məsələ ilə bağlı tam proqram təqdim etməyə hazırdır:

“Nəzərə almalıyıq ki, mövcud qiymətlər aztəminatlı ailələrin vəziyyətinə çox pis təsir göstərir. Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub