Dövlət qeydiyyatından keçmiş 55 partiyadan 32-si maliyyə hesabatını MSK-ya təqdim edib - SİYAHI
Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmiş partiyaların sayı açıqlanıb.
Versus.Az MSK-nın saytına istinadən xəbər verir ki, bu günə qədər Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 32-i maliyyə hesabatını MSK-ya təqdim edib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
MSK-ya 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmiş partiyaların siyahısı aşağıdakı kimidir:
- Yeni Azərbaycan Partiyası
- Azərbaycan Naminə Alyans Partiyası
- Azərbaycan Liberal Partiyası
- Azərbaycan Xalq Demokratik Partiyası
- Azərbaycan Sosial Demokrat Partiyası
- Böyük Quruluş Partiyası
- Azərbaycan Demokratik Maarifçilik Partiyası
- Azərbaycan Respublikaçılar Partiyası
- Azərbaycan Kommunist Partiyası
- Müsavat Partiyası
- Klassik Xalq Cəbhəsi Partiyası
- Müasir Müsavat Partiyası
- Vətəndaş Həmrəyliyi Partiyası
- “Milli Vəhdət” Partiyası
- “Birlik” Partiyası
- Azərbaycan Milli Demokrat Partiyası
- Azərbaycan Təkamül Partiyası
- Milli Dirçəliş Hərəkatı Partiyası
- “Ana Vətən” Partiyası
- Azərbaycan Milli İstiqlal Partiyası
- “Qorqud” Partiyası
- Vahid Azərbaycan Partiyası
- Demokratik Azərbaycan Dünyası Partiyası
- Azərbaycan Yurddaş Partiyası
- Azərbaycan Xalq Partiyası
- “Azərbaycan Mübarizləri” Partiyası
- Vətəndaş Birliyi Partiyası
- Demokratik İslahatlar Partiyası
- Aydınlar Partiyası
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Böyük Azərbaycan Partiyası
- Azərbaycan Liberal Demokrat Partiyası.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”