“Özünü doğrultmayan seçki heç bir əhəmiyyətə malik ola bilməz”

20:52 31-03-2020 | icon 321 | Siyasət
“Özünü doğrultmayan seçki heç bir əhəmiyyətə malik ola bilməz”

"Beynəlxalq təşkilatlar susur. Necə ola bilər ki, işğalçı ərazilərimizi işğal edib orda özünə istədiyi kimi “hökumət” qurur və bunun qanunsuz olduğunu hamı bilsə də, göz yumulur.  Yaxud, əgər indi Azərbaycan, “mən torpağımı işğaldan azad edəcəm”- düşüncəsi ilə hərəkət etsə, dünya o dəqiqə "başımıza qonacaq”. 

 

Versus.Az xəbər verir ki, bunları erməni separatçılarının Qarabağda keçirdiyi “seçkilərlə” bağlı fikirlərini bildirən millət vəkili Fəzail İbrahimli söyləyib.

 

F.İbrahimli hazırda dünyanı ağuşuna alan bəlanın içində olduğumuzu xatırladaraq, Azərbaycan insanının “erməni virusuna” qarşı ehtiyatlı, güclü, həmrəy olmasını vacib sayıb.

 

“Xocalı  soyqırımı Azərbaycana qarşı 200 ildən artıq aparılan siyasətin sonuncu dayanacağına çevrilib. İndi hansı erməni, hansı qüvvə, hansı dövlət Azərbaycanda belə bir soyqırımı törədə bilər. Güclü hərbimiz, iqtisadiyyatımız,  millətin, xalqın birliyi var. Aprel döyüşləri bunu sübut elədi.  Bu gün, Azərbaycan dünya dövlətlərinin sırasında dayana bilir.  Vicdanlı və namuslu adamlar hamısı vətən yolunda vahid bir cəbhədə səfərbər olmalıdr. Bu gəlişi gözəl sözlər deyil. Koronovirus necə insanların ayaq-sayaq,  güclü olmasını, deyilənlərin düzgün yerinə yetirilməsini tələb edirsə, millət tarixi taleyində ona düşmən olan erməni siyasətinə koronovirus təhlükəsi kimi yanaşmalıdır”. 

 

F.İbrahimli, bütün hallarda düşmənin torpaqlarımızdakı özbaşınalıqlarının cavabsız qalmayacağını dedi. “Yəqin ki, Xarici İşlər Nazirliyi, ayrı-ayrı qurumlar səviyyəsində bu məsələyə münasibət bildirləcək.  Özünü doğrultmayan seçki heç bir əhəmiyyətə malik ola bilməz”./baxar.az/

 

Arzu

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub