“Aprel döyüşləri təkrarlana bilər”

17:21 02-04-2020 | icon 888 | Siyasət
“Aprel döyüşləri təkrarlana bilər”

Razi Nurullayev: “Aprel döyüşləri bizə bir acı həqiqəti də öyrətdi”

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə - Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər kimi qiymətləndirilir. Bu döyüşün qısa müddətli davam etməsinə baxmayaraq,  Azərbaycan hərbçilərinin qəhrəmanlığı illərdir torpaqları işğal altında qalan, mənən əzilən Azərbaycan insanında, cəmiyyətində ruh yüksəkliyi yaradan uğurlu bir səhifə kimi qeyd olunur.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev birmənalı olaraq Aprel döyüşlərinin xalqımızın vətənpərvərlik ruhunun artmasında ciddi rola malik olduğunu bildirib:

 

“Ermənistan sındırıldı. Amma, deyə bilmərik ki, Aprel döyüşləri yuxarıda dediyim məsələlər xaricində qələbədir. Torpaqlarımız hələ də işğal altındadır və onlar tam azad olunmayana, qaçqın və köçkünlərimiz yurdlarına qayıtmayana qədər qələbədən danışmaq tezdir. Amma Aprel döyüşləri bizə bir acı həqiqəti də öyrətdi”.

 

R.Nurullayev bildirib ki, Aprel döyüşləri, həm də o reallığı ortaya qoydu ki, münaqişəyə ikilistandartlı yanaşan beynəlxalq təşkilatlar Azərbaycana öz torpaqlarını azad etməyə imkan vermək istəmirlər:

 

“Aprel döyüşləri zamanı aparıcı dövlətlər, ən dəhşətlisi isə ikilistandartla yaşayan aparıcı dünya dövlətləri Azərbaycana hədə-qorxu gəldilər. Demək ki, tam qələbə qazanmaq, erməni qəsbkarlarını torpaqlarımızdan qovmaq üçün xalq birliyi, iqtidar-müxalifət birliyi, xalq-iqtidar birliyi olmaqla bərabər, həm də dünya güclərinin də Azərbaycanın tərəfinə çəkilməsi zərurətdir”.

 

Millət vəkili hesab edir ki, bunun üçün dünyada yaşayan azərbaycanlıların, diasporanın da üzərinə böyük məsuliyyət düşür:

 

“Dünyada yaşayan və fəaliyyət göstərən milyoner və milyarderlərimiz var. Onlar pullarını sandığa yığıb saxlamaqdansa, yaşadıqları ölkələrdə həmyerlilərimizi dövlət strukturlarına işə düzəltsinlər, bacarıqlı tələbələrə dəstək olub, onları oxudub o ölkələrdə yerləşdirsinlər, yaşadıqları ölkələrdə media quruluşlarını alsınlar, yeni media qurumları, televiziyalar yaratsınlar, strateji müəssisələrdə pay alsınlar. Təəssüf ki, bu, azlıq təşkil edir. Rusiyada həbs edilən Misra Tv-nin yaradıcısı Fuad Abbasov həbs ediləndə ona sahib çıxan çox az oldu. Amma, Türkiyədən Mübariz Mənsimov ona sahib çıxdı, bəyanat verdi, Türkiyədə belə hadisə baş verərdisə dərhal intervensiya edərdim dedi. Bunu deməkdə məqsədim odur ki, həmyerlilərimiz pul qazanmaq layihəsi quranda, gərək ölkələrinin strateji maraqlarını da düşünsünlər. Dövlətimiz isə öz həmyerlilərini gərək narazı salmasın, onlara sahib çıxsın, onları istismar etmək istəməsin. Yaxşı məhsul qarşılıqlı məhəbbət nəticəsində əmələ gəlir”.

 

R.Nurullayev qeyd edib ki, uğurlu nəticələri qazanmaq üçün tam milliləşə və ölkə maraqları üzərində cəmləşə bilmirik:

 

“Çünki biz hələ tam dövlətləşə, oturuşa, strukturlaşa, iqtisadi və sosial cəhətdən müstəqilləşə, gözütoxluğa və yüksək təhsil qurmağa nail olmamışıq. Acgözlük və şəxsi maraqlardan qurtarıb ictimai və dünyəvi maraqlar üzərində fokuslaşmaq üçün hər bir ailə şəxsiyyət yetişdirməlidir. Bunun üçün güclü sosial dayaqlar gərəkdir, bu isə bizdə yoxdur. Çoxları məcburiyyətdən sabahını düşünmək zorundadır”.

 

Millət vəkili hesab edir ki, neçə ki, torpaqlarımız işğal altındadır, bu, aprel döyüşlərinin təkrarlanmasını təbii olaraq zəruri edir:

 

“Aprel döyüşləri təkrarlana bilər. Azərbaycanın güclü ordusu və güclü silahları var. Düşmən sülhə gəlmirsə, o zaman Azərbaycan öz torpaqlarını azad etməyə məcburdur. Hələ ki, dünya bizə qarşı ikili standart tətbiq edir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ