"Paşinyanın "optimizmini" bölüşmürlər"

18:03 11-04-2020 | icon 1275 | Geopolitika
 "Paşinyanın "optimizmini" bölüşmürlər"

Elxan Şahinoğlu: “Ermənistanın əsas müttəfiqi Rusiya bu ölkəyə satdığı qazın qiymətini endirmirsə..."

 

"Ermənistanda iqtisadi vəziyyət ağırlaşır. İqtisadi ekspertlər həyəcan təbili çalırlar. İqtisadçı və keçmiş deputat Vardan Bostandjyan baş nazir Nikol Paşinyanın reallıq hissəsini itirdiyini bu sözlərlə ifadə edib: “Dünya ölkələri iflic olub, hökumətlər nə edəcəklərini bilmirlər, Nikol Paşinyan isə Ermənistanın mövcud olmayan iqtisadi uğurlarından danışır”.

 

Versus.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanda iqtisadi böhran və hakimiyyətdə mövcud qarşıdurma ilə bağlı şərhində bildirib.

 

“Erməni iqtisadçı Beynəlxalq Valyuta Fondunun proqnozuna əsaslanaraq dünyanı iqtisadi xaos gözlədiyini xatıtladıb. Buna baxmayaraq, Paşinyan yazdığı statuslarda Ermənistan iqtisadiyyatı üçün optimist fikilər söyləməkdə davam edir. Vardan Bostandjyan Paşinyanın hakimiyyətə gəldiyi gündən bu yana reallıq hissini unutduğunu, insanların eşitmək istədiyi, ancaq reallığı əks etdirməyən fikirlər söylədiyini bildirib: “İnsanlarla boş ümidlərə artıq inanmırlar. Mən də bir iqtisadçı kimi optimist gələcək vəd etmək istərdim. Ancaq durum fərqlidir. İqtisadiyyat rasional deyil, işin keyfiyyəti yoxdur, üstəgəl koronavirus hər şeyi məhv edib. Belə vəziyyətdə “sabah yaxşı olacaq” deməyin mənası yoxdur””.

 

Politoloq bildirib ki, maraqlı məqamlardan biri də budur ki, Nikol Paşinyan optimist cümlələr yazsa da, Avrasiya İqtisadi Birliyinin son videkonfransında üzv ölkələrin, o cümlədən Ermənistan iqtidadiyyatının böhrana sürükləndiyini etiraf ediblər.

“Həmin etiraflarda deyilir: “Durum ağırdır. Böhranın necə inkişaf edəcəyini kimsə proqnozlaşdıra bilməz. Ona görə də Avrasiya İqtisadi Birliyinə üzv ölkələr bir-birlərini dəstəkləməlidirlər””.

 

E.Şahinoğlu hesab edir ki, Paşinyanın sonuncü cümləsi heç nə ifadə etmir. Avrasiya İqtisadi Birliyinə üzv ölkələr bir-birlərinə dəstək məqsədilə yalnız bir neçə təyyarə tibbi ləvazimat və maska göndərə bilərlər, indiki şəraitdə qarşılıqlı yatırımlardan söhbət belə gedə bilməz.

“Hamı öz hayındadır. Ermənistanın əsas müttəfiqi Rusiya bu ölkəyə satdığı qazın qiymətini endirmirsə, başqa üzv dövlətlər İrəvana necə iqtisadi dəstək verə bilərlər?”

 

Politoloq onu da bildirib ki, Ermənistanda və Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır. Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusun yayılmasının ölkədə nəzarətdən çıxdığını etiraf etməli olub.

“Etirafda deyilir: “Əvvəl virus bir mənbədən yayılırdı və biz onu müəyyənləşdirirdik, indi isə 10 və ya 20 mənbədən yayılmağa başlayıb və bu mənbələri tapmaq çətinləşir. Karantin hələ ki, müsbət nəticə vermir”./baxar.az/

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ