"Parlamentdə müxalifət də söz sahibidir"

10:10 17-04-2020 | icon 509 | Siyasət
"Parlamentdə müxalifət də söz sahibidir"

Razi Nurullayev: "Əli Kərimli müxalifətlə iqtidar arasında körpü yaradılmasına maneçilik törədir"

 

“Dövlət başçısı İlham Əliyevin videokonfrans şəklində keçirilən müşavirədə dediyi vacib məqamlardan biri də müxalifətin Parlamentdə çıxışlarının müsbət hal olması ilə bağlı dedikləridir”. Ölkə başçısı deyir ki, “...müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır”. Cənab prezidentin bu fikirlərini alqışlayıram və inanıram ki, bu münasibət ölkəmizdə siyasi plüralizmə söykənən və fərqli fikirlərin cəmiyyətin inkişafında əsaslı rol oynamasına, o cümlədən xalqımızın daha firavan yaşamasına şərait yaradacaq. Bu gün sağlam və sivil siyasi müxalifətin də məqsədi, ölkə başçısının dediyi kimi dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Doğurdan da belə olan halda xalqın mövcud olan problemləri, istəkləri daha tez həll olunacaq".

 

Versus.Az xəbər verir ki, Bu barədə “Facebook”-da şəxsi hesabında millət vəkili Razi Nurullayev yazıb.

 

Millət vəkili bildirib ki, ölkənin çıxış yolu milli barışda, sivil müxalifətçilikdədir. R.Nurullayev hər zaman elə bu mövqedə də olduğunu vurğulayıb:

"Mən 2015-ci ildən sivil müxalifət nümunəsini ortaya qoymuş, bütün çətinliklərə, təzyiqlərə və məşəqqətlərə baxmayaraq bu yoldan bir an belə dönməmişəm və dostlarla birlikdə dönməmişik. Bizdən öncə də bu yolu seçən siyasi dostlarımız var. Biz və onlar ölkənin çıxış yolunun sivil müxalifətçilikdə, barışda, əmin-amanlıqda olduğunu demişik. 2015-ci ildə AXCP-ni yenidən quranda AXC zamanında vəzifədə olmuş və hökumətin yıxılmasının qarşısını ala bilməyən Əli Kərimli bizə qarşı səlib yürüşünü başladı. İndi də səlib yürüşünü davam etdirir və müxalifətlə iqtidar arasında xalqın rifahı naminə körpü yaradılmasına maneçilik törədir. Biz bu körpünü xalqin rifahı üçün istəyirik.

Biz deyirdik ki, siyasi mübarizəni parlamentə daşıyaq, tribunadan istifadə edib sivil mübarizə aparaq, fərqli söz və fikirlərimizi cəmiyyətə, hökumətə, dövlət başçısına çatdıraq. Biz bunu bacardıq və xalqın sözünü tribunadan deyirik. Buna görə bizi asan və kəsən yoxdur, mənə təzyiq və müqavimət yoxdur. Sözüm kəsilmir. Bəli, biz istəyirdik ki, küçələrdən, çayxanalardan, gizli künc-bucaqlardan çıxıb sivillləşək, mədəniləşək, dövlətləşək və müxalifətlə iqtidar arasında körpü yaradaq.

Körpü artıq salınıb. Münasibətlər bəllidir. Parlamentdə müxalifət də söz sahibidir, hakim partiyanın demədiklərini deyirik. İqtidar da bunu eşidir, dinləyir və tədbir görür. Cənab prezident də dünən bunu vurğuladı. Siyasət budur. Təəssüf ki, yeni salınan körpüdən keçməyə dəvət olunan Əli Kərimli keçməkdən imtina etdi. Xalqını düşünən, milləti üçün gözünü kor etmək istəyən zəhər olsa belə gərək içsin”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub