VERSUS.AZ TƏFTİŞ OLUNDU

14:42 22-04-2020 | icon 5177 | KİV
VERSUS.AZ TƏFTİŞ OLUNDU

Deputatlar, politoloqlar, siyasilər, QHT rəhbərləri, həkim, psixoloq və iş adamı bizi müzakirə etdilər - KONFRANS

 

(jurnalistlərin təbriki bu LİNKdə)

 

... Versus.az İnformasiya Agentliyi geridə qalan 3 illik fəaliyyətinə baxış keçirdi. Sosial, ictimai, siyasi nəzərləri üzərinə yönəltməklə ölkənin, inkişaf harmoniyasını təşkil edən "zəncirin" bir halqası kimi, sivil cəmiyyətin formalaşması prosesində öz rolunu, mahiyyətini ortaya qoymaq istədi. Versus.az müxtəlif baxış bucaqları ilə ümumi fəaliyyətinin sadə bir seulitini cızdı. Ölkəmizin sosial, ictimai, siyasi mədəni sistemində açdığı cığıra təhlil imkanını tanımaqla, istək və arzularını saytın əməkdaşlıq qurduğu dəyərli soz sahiblərinin dili ilə önə çəkdi. Lokanik təbrik çıxışlarında əslində böyük ideya ortaya qoyuldu. Koronavirus pandemiyası ərəfəsində saytımızın fəaliyyətini hədəfləyən fərqli bir "dəyirmi masa"nın ola biləcəyini düşünmürəm.

 

Söz sizindir, əziz müsahiblər! Versus.az-ı bir şirin tort kimi kəsin, doğrayın, xıncım-xıncım edin.... dahi Məmməd Arazın bir şeirindəki kimi:

Yıxın məni söz atından,
Atın məni tank altına,
Edin məni xıncım-xıncım,
Çatmır əyər söz qılıncım!.."

 

Amma inanıram ki, istədiyimiz O nəticə birgə əməyin sayəsində yaranacaq...

 

 

“Elə bir jurnalistika filmi yaradasınız ki…”

 

 

 

 

RAZİ NURULLAYEV:
/Deputat/

 

“Versus.az saytının taleyi bizim tale kimidir. Sıfırdan başlayıb ev tikmək…

 

Konsepsiyanı bilirsən, amma nə materialı tanıyırsan, nə kərpic hörə, nə də ev üstü vura bilirsən. Usta tutmağa da paran yox…

 

Məcbursan ki, həm fəhlə olasan, həm usta, həm dizayner, həm də mühəndis... Sonunda tikirsən. Bu ocaq, bu yuva başqa əzəmətli tikililərə bənzəməsə də, əzəmətli insanlar bu yuvanın içində həm əzəmətlərini saxlayır, həm də rahat olurlar.

 

Sizə arzum budur ki, çəkdiyiniz zəhmətiniz sizə imkan versin ki, elə bir qəzetçilik, jurnalistika filmi yaradasınız ki, sizin əməkdaşlar Hollivud filmlərinin sonunda az qala beş dəqiqə nümayiş etdirilən film iştirakçıları qədər olsun.

 

Yaradıcılığnız mübarək!”

 

 

“Daha böyük uğurlara imza atmağınızı diləyirəm”

 

 

 

 

 

QƏNİRƏ PAŞAYEVA:
/Deputat/

 

 

“Bu gün Versus İnformasiya Agentliyinin təsis edilməsinin 3 ili tamam olur.

 

Mən bu münasibətlə əzizlərim Tahirə xanım və Arzu xanımı səmimi qəlbdən təbrik edirəm.

 

Uğurlarınız daha da bol olsun.

 

Arzuladığınız daha böyük uğurlara imza atmağınızı diləyirəm”.

 

 

 

 

“Siz o sevgini qazana bilmisiniz”

 

 

 

 

FƏZAİL İBRAHİMLİ:
/Milli Məclisin spiker müavini/

 

“Mən sizi səmimi qəlbdən təbrik edir, uğurlar arzu edirəm.

İstərdim ki, azad bir informasiya vasitəsi kimi hər zaman ədalətli olasız və böyük oxucu kütləsini qazana biləsiz. Ən əsası isə oxucu sevgisi qazanasız.

 

Fəaliiyətiniz və qzandığınız uğurlar əməkdaşlarınızın əhval-ruhiyyəsinin yüksək olmasına təminat versin. Ən əsası bütün addımlarınızda insan ruhuna, insan şəxsiyyətinə toxuna biləcək addımlar atmayasız.

 

Düşünürəm ki, siz o sevgini qazana bilmisiz. Əgər bu gün mən sizinlə əməkdaşlıq edirəmsə, demək, bu sizdə alınıb və siz doğru yoldasız.

 

 

Bir daha sizə uğurlar arzu edirəm”.

 

 

"Oxucularının sayı daha da artacaqdır"

 

 

 

 

 

 

 

NÜŞABƏ MƏMMƏDOVA:
/Milli QHT-nın vitse-prezidenti/

 

“Qısa zaman ərzində Azərbaycan mediasının inkişaf istiqamətində öz layiqli yerini alan Versus.az saytının 3 yaşı tamam olması münasibətilə bütün əməkdaşlarını təbrik edirəm.

 

Versus.az saytında çalışan jurnalistlərin yüksək peşəkarlığı, günün nəbzinə uyğun ölkənin ictimai-siyasi həyatında baş verən hadisələri dolğun və obyektiv qiymətləndirməsi, jurnalist adına, öz imzalarına göstərdikləri yüksək hörmət təqdirəlayiqdir.

 

İnanarım ki, gələcəyə doğru bundan daha çox inkişaf edəcək, reytinqi yüksələcək, oxucularının sayı daha da artacaqdır”.

 

 

 

 

 

“Daha yüksək nəticələrinizə inanıram”

 

 

 

 

AYDIN MİRZƏZADƏ:
/Deputat/

 

“Versus.az saytının yaranmasının ildönümü münasibəti ilə rəhbərliyi başda olmaqla bütün kollektivini ürəkdən təbrik edirəm.

 

Sayt fədakar kollektiv üzvlərinin sayəsində Azərbaycanda oxunan və izlənən maraqlı mətbuat ünvanlarından biri olub.

 

Maraqlı layihələriniz, diqqəti cəlb edən xəbərləriniz dostlarınızı sevindirir.

Sizə növbəti uğrular arzu edirəm.

 

Daha yüksək nəticələrinizə inanıram”.

 

 

 

“Gözəl və rahat işgüzar mühit arzulayıram”

 

 

 

 

ARZU BAĞIROVA:
/Regional Hüquq və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri/

 

“Bu gün Azərbaycan informasiya məkanında öz sözünü deyən, özünü təsdiq edən Versus İnformasiya Agentliyinin təsis olunduğu gündür.

 

Başda Arzu xanım, Tahirə xanım olmaqla bütün əməkdaşları bu münasibətlə ürəkdən təbrik edirəm. Hər biriniz öz dəst-xəttinizlə seçilən, illərin peşəkarı və çox ciddi bir media nümayəndələrisiniz. Sizlərə bol-bol uğurlar, gözəl və rahat işgüzar mühit arzulayıram.

 

Sizləri davamlı izlədiyimizdən və əməkdaşlığımızdan məmnun olduğumuzdan həm öz adımdan, həm də rəhbərlik etdiyim Regional Hüquq və İqtisadi Maarifləndirmə İctimai Birliyi əməkdaşları adından 3 yaşınızı ürəkdən təbrik edir, daha böyük uğurlara imza atmağınızı arzulayıram”.

 

  

 

“Maddi dəstək olarsa, sayt daha da inkişaf edəcək”

 

 

 

GÜLNARƏ SƏLİMOVA:
/”GülSam” Əlillərin Reabilitasiya Mərkəzinin rəhbəri/

 

“Bu gün Versus İnformasiya Agentliyinin 3 yaşı tamam olur. Bu münasibətlə özümüzü təbrik edirəm. Çünki artıq 2 ildir mən də bu ailədəyəm. Çox məmnunam, xoşbəxtəm, çox gözəl kollektivimiz var.

Mən “GülSam” Əlillərin Reabilitasiya Mərkəzinin rəhbəri olsam da, saytın insani keyfiyyətləri ilə bəzi jurnalistlərdən seçilən kollektivini o qədər bəyəndim ki, onların yanında olmaq, onlarla çalışmaq, mənəvi olaraq dəstək vermək istədim.

 

Versus.az saytı daim gerçəkləri yazır, haqqı yazır. Eyni zamanda, ehtiyacı olan insanların fikir və istəklərinin aidiyyəti şəxslərə çatdırılmasında vasitəçi olur və həll olunanadək mübarizə aparır. Yəni əsl xəbər agentliyidir. Şou xarakterli qalmaqallara qaçmır, öz reytinqini qoruyur.

 

 

 

Çox şadam ki, bu gün mən də “Versus”çüların tərkibindəyəm. Baxmayaraq ki, saytın maddi ehtiyacları var, bütün gücümüzlə onu ayaqda saxlayacağımıza əminəm. Qonorarsız çalışan jurnalistlərin mətinliyindən dolayı bu əminliyim var və ümid edirəm ki, tezliklə belə bir sözün əsl mənasında, demokratik sayta dəstək verən tapılacaq. Çünki maddi dəstəyə ehtiyacı olan bir saytdır Versus. Və bu sayta dəstək olmağa dəyər. Maddi dəstək olarsa, saytın daha da inkişaf edəcəyinə, başqa dillərdə də xəbərlərin yer tutacağına, saytın TV-sinin fəaliyyətinin aktivləşməsinə yol açılmış olacaq. Bu, həm də mənim arzumdur. Düzdür, çətinliklə də olsa layihə rəhbəri və aparıcısı olduğum “Ümid işığı” adlı verilişimiz üçün bir neçə çəkiliş edə bildik, amma davamlı olsun istərdim.

 

Bütün çətinliklərə rəğmən Versus.az 3 ildir ayaqdadır. Əsas odur üzümüz ağ, alnımız açıqdır. Mən başda Tahirə xanım, Arzu xanım, İgid bəy olmaqla bütün “Versus”çuları təbrik edirəm”.

 

 

“Əzm və mübarizliklə 3 yaşına çatdı”

 

 

 

 

FUAD ƏLİYEV:
/ALDP sədri/

 

“Versus İA baş redaktoru hörmətli Tahirə xanım başda olmaqla, bütün kollektivi Azərbaycan Liberal Demokrat Partiyası və şəxsən öz adımdan təbrik edirəm!

 

Fəaliyyəti dövründə öz obyektivliyi, siyasi-ictimai hadisələri düzgün təhlili, səmimiliyi, operativliyi ilə oxucu auditoriyasının hörmət və ehtiramını qazanmış Versus İnformasiya Agentliyinin yaradıcı heyəti əzmli və mübarizlikləri ilə 3 yaşlarına çatdılar.

 

Bu cür davam etməklə, iqtidarlı-müxalifətli hər kəsə tribuna vermək və insanların problemlərinin həlli üçün sonadək getməklə hələ çox rəğbətlər qazanacaqlarına əminəm.

 
Versus İA uğurlar, bütün yaradıcı heyətə isə can sağlığı, obyektiv və səmərəli jurnalist fəaliyyəti arzulayıram”.

 

 

“Versus.az saytı bu media məkanında öz yerini möhkəmləndirə bilib”

 

 

 

ELMAN NƏSİROV:
/Deputat/

 

“Versus.az saytının 3 yaşının tamam olması münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm.

 

Bu gün Azərbaycanın media məkanında çoxsaylı saytlar var. Hesab edirəm ki, Versus.az saytı yaşının az olmasına baxmayaraq, əslində özünü yaxşı tərəfdən göstərə bilib. Əks halda heç mən özüm də bu saytla əməkdaşlıq etməzdim.

 

Yaxşı kollektiviniz var və  məsələlərə obyektiv yanaşmağı bacarırlar. Deməli, Versus.az saytı bu media məkanında öz yerini möhkəmləndirə bilib, onu bacarıb.

 

Bu baxımdan sizi təbrik edirəm, sizə yeni-yeni nailiyyətlər arzulayıram. Hesab edirəm ki, hər növbəti il sizin sayta daha çox papulyarlıq gətirəcək və qərəzsiz, obyektiv mövqeyinizlə qədirbilən oxucuların daha böyük hörmətini qazanacaqsınız”.

 

 

                "Sizi də bu fədakər insanların sırasına aid edirəm"

 

 

 

 

 

SƏRDAR CƏLALOĞLU:
/ADP sədri/

 

“İndiki çətin sosial-iqtisadi şəraitdə 3 il ayaq üstə durmaq, söz və fikir azadlığına qərəzsiz qulluq edərək fəaliyyətini davam etdirmək özü bir qəhrəmanlıqdır. Mən bu münasibətlə sizi təbrik edirəm.

 

İkinci bir tərəfdən, məhz iki xanımın - Tahirə Qafarlı və Arzu Zeynallının - belə bir saytı tərəfsizliyi qoruyaraq ayaq üstə saxlaya bilməsi ayrıca bir xüsusi qəhrəmanlıqdır. Əksər saytlar var ki, rəhbərləri qadın olsa da, arxalarında müəyyən bir qüvvələr durur. O qadınların nailiyyəti əslinə baxsan özlərinin yox, həmin o qüvvələrin nailiyyətidir. Amma mən bilirəm ki, siz həddən artıq ağır durumda olmağınıza baxmayaraq, bu saytın fəaliyyətini saxlayırsınız. Bunun özü başqa bir qəhrəmanlıqdır.

 

Uğurlar arzu edirəm. Hesab edirəm ki, cəmiyyətlər, demokratiya, yalnız fədakar insanların çiyinlərində inkişaf edə bilər. Mən açığı deyim ki, sizi də bu fədakər insanların sırasına aid edirəm. Bütün bu sosial, iqtisadi çətinliklərə baxmayaraq, bu iki xanım həqiqətən də saytı inkişaf elətdirə bilirsə, böyük nailiyyətdir.

 

Bir daha sizi təbrik edirəm. Oxucularınızın bol olmasını, informasiyalarınızın düz olmasını, xalqımıza, millətimizə xeyirli olmasını arzu edirəm”.

 

 

 

“Bu 3 artıb, 5-10-15-20-30 olsun”

 

 

 

 

ARZU NAĞIYEV:
/Deputat/

 

“Mən də sizi səmimi qəlbdən təbrik edir, saytınıza uğurlar arzulayıram.

 

Arzu edirəm ki, bu 3 artıb, 5-10-15-20-30 olsun.

Gün o gün olsun ki, böyük agentlik səviyyəsində fəaliyyət göstərəsiniz. Və qərəzsiz məlumatlarınızla daim sizə istinadlar olunsun. Bir neçə dildə fəaliyyətiniz çoxalsın, sayılıb-seçilən media nümayəndələrindən olasınız, xaricdə çap olunasınız.

 

Eyni zamanda, digər dövlətlərdə çap olunan materiallarınız olsun və daim sizin əməkdaşlarınıza istinad edilsin.

 

Bir daha səmimi qəlbdən təbrik edirəm. Təbii ki, ən mühümü cansağlığıdır”.

 

 

  

“Elə o vaxtdan da Versus.az-la əməkdaşlığımız başladı”

 

 

 

 

 

NƏRMİNƏ ABBASOVA:
/Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi/

 

“Versus.az İnformasiya Agentliyi ilə tanışlığım Tahirə xanımdan başladı. Dəqiq xatırlamıram, deyəsən bir pasiyentimizin işi üçün gəlmişdi. Ümumi olaraq xəstəliklərdən danışırdıq, söhbət əsnasında gördüm çox sakitcə, peşəkarcasına telefonu masanın üzərinə qoydu. Mən soruşdum ki, yazırsız, dedi siz davam edin, qeydlər götürəcəm. Mən danışmağa davam etdim. Sonra o, başqa suallar da verdi. Müsahibə verirmiş kimi deyil, iki nəfər söhbət aparır, müzakirə edirmiş kimi danışırdıq.

 

Mənə xoş olan bu idi ki, o, tibbi sahənin bilicisi kimi suallar verirdi. Xeyli söhbətdən sonra sağollaşıb getdi. Səhərisi gün müsahibəm olan bir link göndərdilər.

 

Elə o vaxtdan da Versus.az-la əməkdaşlığımız başladı və artıq 1 ildir ki, Arzu xanım vasitəsi ilə əməkdaşlığımız davam edir. Düzdür, Arzu xanımla canlı görüşməmişik, ancaq “votsap” vasitəsilə əlaqə saxlayıb, açıqlamalar verirəm, amma bilmirəm niyəsə görə, onu özümə çox yaxın hiss edirəm. Yəqin ki, bunun da səbəbi, öz işinə məsuliyyətli, peşəkarcasına yanaşmaqla yanaşı, insanlarla münasibətdə səmimiliyində, dürüstlüyündədir.

 

Sizinlə əməkdaşlıqdan çox razıyam və davamlı olar inşallah.

 

Bir daha başda Tahirə xanımla Arzu xanım olmaqla “versus”çuları təbrik edirəm. Sizə uğurlar arzulayıram, dostlar”.

 

 

 

 “Jurnalistikada adını, şərəfini qorumaq, qərəzsiz, tərəfsiz olmaq igidlikdir”

 

 

 

BƏHRUZ MƏHƏRRƏMOV:
/Deputat/

 

“Saytın rəhbərliyini, əməkdaşlarını təbrik edirəm.

 

Hazırkı dönəmdə jurnalistikaya gəlmək çox asan və bəsit məsələdir, həmçinin sayt açmaq da. Lakin jurnalistikada qala bilmək, jurnalistikada qalıb adını, şərəfini qorumaq, qərəzsiz, tərəfsiz olmaq, bu cameədə, bu bazarda yerini tutmaq sözün əsl mənasında igidlikdir.

 

Bu mənada saytın kollektivinə həqiqətən təbrik düşür.

 

Fəaliyyətiniz uğurlu olsun, əməkdaşlığımızın davamlı olması diləyi ilə!”

 

 

 

“Başqalarının da sizdən örnək götürmələrini arzulayıram”

 

 

 

FƏRƏC QULİYEV:
/MDHP sədri/

 

“Sizi təbrik edirəm. Versus.az saytını siz yaratsanız da, artıq bu sayt milli resursa çevrilib.

 

Belə bir söz var, deyərlər ki, “yol gedənin, su içənindir”. Siz bir məktəb yaratmısınız və millət onun alovundan bəhrələnir.

 

Mən müşahidə edirəm ki, siz bu fəaliyyətinizdə şou axtarmadınız, sadəcə gündəmdə qalmaq xətrinə çalışmadınız. Milləti maarifləndirdiniz, vətəndaşlıq mövqeyindən çıxış elədiniz. Bu çox önəmlidir.

 

Bu gün Azərbaycanda belə qələm sahiblərinə çox böyük ehtiyac var. Mən sizi təbrik edirəm və başqalarının da sizdən örnək götürmələrini arzulayıram.

 

Bu gün Azərbaycanda silahdan daha çox qələmə ehtiyac var. Sizin indiyə qədərki fəaliyyətinizi təqdir edirəm və bundan sonrakı işlərinizlə bağlı uğurlar arzulayıram”.

 

 

 

“Qazandığınız performans kifayət qədər qənaətbəxş sayıla bilər”

 

 

 

QABİL HÜSEYNLİ:
/Politoloq/

 

“3 il o qədər də böyük müddət deyil. Amma bu müddət ərzində saytınız kifayət qədər populyarlıq qazanıb. Bu da sizin ictimai-siyasi fəallığı ilə seçilən şəxslərlə apardığınız müsahibələr, aldığınız açıqlamalar, verdiyiniz xəbərlərin operativliyi, gündəmi əhatə edə bilmənizlə bağlıdır. Saytınız oxucuların rəğbətini qazanıb.

 

Mən də bu saytla az vaxtda tanış olsam da, saytda gedən yazıları, şərhləri oxuyuram. Xüsusən də Tahirə Qafarlının yazıları və apardığı müsahibələrlə çox böyük həvəslə tanış oluram.

 

Hesab edirəm ki, 3 illik fəliyyətiniz müddətində qazandığınız performans kifayət qədər qənaətbəxş sayıla bilər. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Və inanıram ki, siz Azərbaycan mətbuatında öz sözünü obyektiv və qərəzsiz deyən mətbuat orqanı kimi həmişə oxucuların diqqət mərkəzində olacaqsız”.

 

 

 

 “Saytınız bu işin öhdəsindən layiqincə gəlir”

 

 

 

 

RAMİYƏ MƏMMƏDOVA:
/Politoloq/

 

“Versus.az gənc olmasına baxmayaraq, işinin öhdəsindən layiqincə gələn, hər zaman düzgün mövqe tutan, real vəziyyəti əks etdirən, doğru xəbərləri çatdıran və ən əsas da qərəzsiz mövqeyə malik olan az xəbər saytlarından biridir.

 

Çox təssüflə qeyd etmək lazımdır ki, bəzi saytlara verilən müsahibələr çox zaman dəyişdirilir, real vəziyyət yazmaqdan imtina edilir. Lakin versus.az bu işin öhdəsindən layiqincə gələrək hər zaman doğru mövqe göstərib.

 

Bu saytın şən və gözəl kollektivi ilə hər zaman işləmək mənə böyük bir zövq verir.

 

Mən inanıram ki, bu kollektiv gələcəkdə də öz fəaliyyətində doğru yol tutaraq irəliləyəcəkdir.

 

Versus.az saytına və onun gözəl kolektivinə hər zaman başarılar, uğurlar, öz millətinə və dövlətinə sadiq qalmasını arzulayıram.

 

Yaxşı ki, varsınız!!!”

 

 

 

“İqtidara da, müxalifətə də həmişə açıq olub”

 

 

 

 

ƏLABBAS MƏHƏRRƏMOV:
/Politoloq/

 

Versus.az saytı yarandığı gündən Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən mətbuat orqanı olub.

 

Mən deyərdim ki, az saylı mətbuat orqanı var ki, hər bir tərəfə bərabər şərait yaradır. Versus.az saytı iqtidarlı-müxalifətli bütün tərəflərə həmişə açıq olub.

 

Dövlətciliyə, Azərbaycanın milli maraqlarına xidmət bu saytın başlıca amalıdır. Təbbi ki, bu saytın Azərbaycan mətbuatında öz yerini tutması peşəkar komandanın hesabına əmələ gəlir.

 

Azərbaycan mətbuatında öz imzalarıyla irəli addımlayan Tahirə Qafarlı və Arzu Zeynallı kimi qələm sahibləri indi Versus.az saytı kimi doğru-dürüst bir xəbər saytını idarə edirlər.

 

Mən bütün Versusçuları ürəkdən təbrik edir, işlərində uğurlar arzulayıram”.

 

 

 

“Hər zaman xoş xəbərlər VERin ki, qəlblərdə sevincimiz SUSmasın”

 

 

 

TAMİLLA QULAMİ:
/Ümid Patiyasının sədr müavini/

 

“Ölkəmizin, dövlətimizin, vətəndaşımızın çətin dönəmində Versus.az saytı Azərbaycan mediasına işıq kimi düşdü. Dəyərli Tahirə xanım Qafarlı, əziz Arzu xanım Zeynallının kiçik imkanları dairəsində mediada öz sözünü deyə bilən bir sayt oldu, deyə bilərik.

 

Çox uzun-uzadı sözlər yazıb, təriflər yağdırmaq istəmirəm. Versus saytı kifayət qədər qərəzsiz, doğruları yazan, bütün səmimiyyətləri ilə müsahiblərinə qarşı isti münasibət sərgiləyən bir media qurumudur.

 

Sözün əsl mənasında çalışqan, əməksevər rəhbərlik və kollektivə diləyim budur ki, tez bir zaman ərzində işğal altında olan torpaqlarımıza dönməmizlə bağlı xəbərləri yazasınız, bizlərdən o torpaqlarda müsahibə alasınız.

 

Sizi təbrik edirəm əzizlərim, uğurlarınız bol olsun.

 

Hər zaman xoş xəbərlər VERin ki, qəlblərdə sevincimiz SUSmasın!”

 

 

 

 

“Versus.az obyektivlik, qərəzsiszlik, tərəfsizlik kimi kriteriyaları qoruyur”

 

 

 

NƏSİMİ MƏMMƏDLİ:
/Politoloq/

 

“VERSUS.az saytı ölkədə media azadlığı ilə bağlı problemlərin artdığı bir vaxta təsis edilib.

 

Sosial şəbəkələrdən informasiya almaq imkanlarının genişləndiyi bir mühitdə belə bir saytı təsis edib onu ayaqda saxlamaq olduqca çətindir. Eyni zamanda informasiya mühitinin daim nəzarət altında olması, ən kiçik xətaların belə məsuliyyət yaratması gerçəkliyi ilə qarşı-qarşıya qaldığımız bir şəraitdə bu fəaliyyət daha çox əsəb, iradə, enerji tələb edir. Habelə, mətbuatın müəyyən maraqlar ətrafında qruplaşdığını və sosial medianın geniş yayıldığını da nəzərə alsaq, belə ortamda ictimai rəydə ayaqda qalmağı da digər çətinlikləri əlavə edə bilərik.

 

VERSUS.az saytı ilə ilk gündən müxtəlif mövzularda əməkdaşlıq etmişəm və peşəkar suallarını cavablandırmışam. Obyektivlik, qərəzsiszlik, tərəfsizlik kimi kriteriyaları əsasən qoruduğunu söyləyə bilərəm.

 

Düşünürəm ki, Saytın kollektivi öz missiyanın öhdəsindən qısa zaman ərzində gələ bilib. Saytın kollektivini yaranması günü münasibəti ilə təbrik edir və yeni-yeni uğurlar arzulayıram.

Bundan sonra da öz oxucularına maraqlı tribuna kimi qalmağı arzulayıram!”

 

 

 

“Saytın əməkdaşları sosial şəbəkələrdə də fəallıqları ilə seçilirlər”

 

 

 

RUFİZ QONAQOV:
/Politoloq/

 

“İlk növbədə ad günü münasibətilə versus.az saytının bütün kollektivi və izləyicilərini ürəkdən təbrik edirəm!

 

Versus.az saytında Azərbaycan jurnalistikasında öz prinsipiallığı ilə seçilən jurnalistlər və hörmət etdiyim qələm sahibləri çalışır. Bu saytın əməkdaşları sosial şəbəkələrdə də fəallıqları ilə seçilirlər. Çox zaman maraqlı və vacib məlumatları bu saytda görməyə alışmışıq.

 

İndiki elektron media içərisində versus.az ın özünə layiqli yer tutması bu saytın peşəkarlardan ibarət olmasını göstərir. Eyni zamanda, diqətimi çəkən məqamlardan biri də saytda məlumatların operativ və zamanında verilməsidir. Versus.az təkcə siyasi deyil, geniş spektirli məlumatların verilməsi ilə də fərqlənə bilir. Çox zaman versus.az da verilən informasiya və yazılara digər heç bir mediada rast gəlinmir. Demək ki, versus.az həm də izləyiciləri üçün sözün əsl mənasında istehsalçıdır. Təqdirəlayiq haldır ki, çox zaman buna görə də digər saytlar versus.az ın yazılarına və informasiyalarına da istinad edir.

 

Bayramınız mübarək, əziz versus.az sevərlər və versusçular! Arzu edirəm ki, daha böyük yaşlarınızı keçirəsiz!”

 

 

 

“Baş verənlərə ictimai, dövlət, xalq maraqları prizmasından baxmağı bacarıb”

 

 

 

ƏLİMƏMMƏD NURİYEV:
/Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri/

 

“Mövcud informasiya əsrində, informasiyanın saysız mənbələrinin, çeşidi və həcminin olduğu bir dövrdə insanlar, nə qədər paradoksal olsa da yeni - obyektiv, qərəzsiz, gerçəkdən baş verənləri əks etdirən məlumatlar alınması, bu cür xəbərləri çatdıracaq qaynaqlar çağırışı ilə üzləşiblər. İnformasiya ehtiyaclarının qarşılanmasıyla yanaşı, reytinq, ucuz populyarlıq mərəzinə tutulmadan gerçəkdən insanları düşündürən, maarifləndirən, ən başlıcası isə cəmiyyətin, xalqın maraqlarını üstün tutan informasiya tribunası, müzakirə, diskusiya platformasının olması da sadə vətəndaş, ictimaiyyət, düşünən insanlar üçün çox önəmlidir.

 

Hazırda Azərbaycan informasiya məkanında qeyd etdiyim xüsusiyyət və məziyyətləri əks etdirən Versus.az saytı 3 yaşını qeyd edir. Versus.az saytı peşəkar komandası, baş verənlərə ictimai, dövlət, xalq maraqları prizmasından baxmağı bacaran informasiya resursu kimi qısa müddətdə ciddi reputasiya qazana bilib. Sayt vətəndaş cəmiyyətinin fəaliyyətinin də işıqlandırılmasını, onun rəy və təkliflərinin təqdim edilməsini diqqət mərkəzində saxlayır və bu da xüsusi qeyd olunmalı pozitiv keyfiyyətdir.

 

Versus.az saytını təbrik edir, uğurlar, yeni-yeni naliyyətlər arzu edirəm”.

 

 

 

 “Əməkdaşlığımızdan, dostluğumuzdan çox razıyıq

 

 

 

ƏLİSAHİB HÜSEYNOV:
/DADP sədri/

 

“Mən bu günü sıradan bir gün yox, əlamətdar günlərdən biri hesab edirəm. Çünki bu gün davamlı olaraq izlədiyim və əməkdaşlığımızdan da məmnun olduğum "Versus" İnformasiya Agentliyinin təsis edildiyi gündür.

 

Bu gün bu peşəkar media qurumunun 3 yaşı tamam olur. Mən bu münasibətlə Tahirə Qafarlı və Arzu Zeynallı başda olmaqla bütün "Versus"çuları həm öz adımdan, həm də Demokratik Azərbaycan Dünyası Partiyasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edirəm.

 

Partiya olaraq əməkdaşlıq etdiyimiz KİV-lər arasında Versus.az saytı öz dəst-xətti ilə seçilir.

 

Biz "Versus"çularla əməkdaşlığımızdan da, dostluğumuzdan da çox razıyıq. Uğurlar sizə, dostlar!”

 

 

 

“Siz başqaları kimi hazırın naziri olmadınız”

 

 

 

HAFİZ HACIYEV:
/MMP sədri/

 

“Sizin keçdiyiniz həyat yolu həqiqətən də çox çətindir. Siz başqaları kimi hazırın naziri olmadınız. Sizin saytınız həddən artıq əziyyətlər hesabına başa gəldi. Mən sizin kollektivin bəzi jurnalistlərini çoxdan tanıyıram, hətta bizim “Müasir Müsavat” qəzetinin nəşrə başlamasında onların çox böyük əməyi oldu. Bu qəzet rəhmətlik Təranə xanımın bir layihəsi idi.

 

Siz Versusu yaradandan əmin idim ki, saytla bağlı uğura imza ata biləcəksiniz. Çünki siz çox böyük daxili potensiala, intellektə, gücə, iradəyə sahib olan insanlarsız. Sizin əməkdaşlar çox dəyanətli insanlardır. Haqq-ədaləti heç bir şeyə dəyişməyən insanlardır. Ona görə də mən istərdim ki, saytın 3 illiyi daha geniş şəkildə keçirilsin, amma təəssüf ki, koronavirus ərəfəsinə düşdü.

 

Arzu edərdim ki, bundan sonra da öz yolunuza bu cür davam edəsiniz, haqqı nahaqqa verməyəsiniz, ədalətin yanında olasınız. Ölkə Prezidentinin apardığı uğurlu siyasətin yanında olasınız. Xalqla dövlət arasında vəhdətin yaradılmasında hər zaman olduğu kimi bundan sonra da öz səylərinizi əsirgəməyəsiniz. Baxmayaraq ki, sizləri də bəzən küsdürürlər, incidirlər, haqqınız tapdanır, amma mübariz insanlar həmişə umu-küsülərə qalib gəlir.

 

Mən sizə böyük uğurlar, cansağlığı arzu edirəm. Gün o gün olsun ki, məni də o sayta bir fəxri üzv seçəsiniz, bu saytın inkişaf etməsində onun daha da oxunaqlı olmasında, dövlətçiliyin yanında olmasında birgə səylərimizi birləşdirək”.

 

 

 

 “Bu, saytın VERSUS (VS) adını doğrultmasının sübutu idi

 

 

MÜRVƏT HƏSƏNLİ:
/iş adamı/

 

“2017-ci ilin qış aylarında "Facebook"da paylaşılan xəbər saytlarından "Versus.az" adı diqqətimi çəkdi. Əvvəlcə saytın adının haradan götürülməsi marağı ilə kiçik araşdırma etdim. Sonra izləməyə başladım ki, görüm adı ilə əməli üst-üstə düşürmü?

 

Düzü saytın sahbi kimdir deyə bir marağım olmadı. Bir gün isə "Facebook"dan dostum olan Arzu Zeynallı mənə bir link göndərdi. Baxdım ki, mənim Aslan İsmayılovla bağlı yazım işıqlandırılıb. Mənə xoş gələn jurnalistin müşahidəçiliyi və hər kəsin fikirlərini diqqətə alması oldu. Saytda Aslan İsmayılovun da mənim barəmdə fikirləri işıqlandırılmışdı. Bu, saytın VERSUS (VS) adını doğrultmasının sübutu idi.

 

İş adamı olsam da, jurnalist dostlarım çoxdur. Bəlkə də bu, informasiyalara marağımdan, mətbuata açıqlığımdan irəli gəlir.

 

Mən jurnalist dostlarımın ərsəyə gətirdikləri bu saytın fəaliyyətini qüsursuz, qərəzsiz görürəm. Arzu edirəm ki, Tahirə Qafarlı və Arzu Zeynallı başda olmaqla, saytın əməkdaşları çəkdikləri zəhmətin bəhrəsini görsünlər.

 

Bir daha təbrik edirəm və uğurlar arzulayıram”.

 

 

 

 “Bu rəqabətdə “Versus” saytının özünəməxsus yeri var

 

 

 

 

ELXAN ŞAHİNOĞLU:
/Politoloq/

 

““Versus” saytının fəaliyyətə başlamasının 3 illiyi münasibətilə kollektivinizi təbrik edirəm.

 

Qısa müddət olsa da, sayt xeyli oxucu toplaya bilib. Saytda yayınlanan xəbərlər və şərhlər diqqəti çəkir.

 

Azərbaycanda saytların sayı çoxdur, ciddi və məzmunlu xəbərlərə və yazılara üstünlük verən saytlar arasında rəqabət gedir.

 

Bu rəqabətdə “Versus” saytının özünəməxsus yeri var və inanıram ki, gələcək fəaliyyətinizdə daha böyük uğurlara imza atacaqsınız”.

 

 

 

  

“Kiçik kollektivinizlə böyük sayt ərsəyə gətiribsiz”

 

 

 

 

KÖNÜL İSMAYILOVA:
/MMP sədr müavini/

 

Əziz Versus.az İnformasiya Agentliyinin dəyərli rəhbərliyi və əməkdaşları, sizi 3 yaşınız münasibəti ilə təbrik edirəm.

 

Versus.Az xəbərin doğru, səliqəli, səviyyəli, rəngarəng ünvanıdır.

 

Sizinlə əməkdaşlığın özü bir zövqdür. Cünki kiçik kollektivinizlə böyük sayt ərsəyə gətiribsiz, ortaya professional işlər qoyursuz. İllərin peşəkar jurnalustləri olaraq bir aradasınız.

 

Sizin saytı çox bəyənirəm. Çünki iqtidarlı-müxalifətli hər kəsə yer ayırırsız. –bu da çox gözəl nümunədur hər kəsə. Sizin daha da ugurlu işlərə addım almağınızı və uzun ömürlü olmağınızı arzu edirəm!Əməkdaşlıq edəcəyiniz qurumların bol olmasını diləyirəm və daha da inkişafınız üçün maddi dəstək önəmlidir!

Ad gününüz mübarək!

 

 

 

“Bu, peşəkar jurnalist olduqlarının təsdiqidir”

 

 

 

 

XƏQANİ CƏFƏRLİ:
/Politoloq/

 

“İki xanım jurnalistin, Tahirə xanım Qafarlı ilə Arzu xanım Zeynallının rəhbərlik etdiyi Versus.az İnformasiya Agentliyinin üç yaşı tamam oldu.

 

İki xanım jurnalisitin ömürlərinin üç ilini verdikləri İnformasiya Agentliyinin xalq üçün önəmi nədir? Bu suala ABŞ-ın qurucularından biri, Konstitusiyanın həmmüəlifi və üçüncü prezident Tomas Ceffersonun sözləri ilə aydınlıq gətirə bilərik. Tomas Cefferson mətbuatın önəmini göstərərək yazırdı: “Mən mətbuatsız dövlətlə, dövlətsiz mətbuat seçimi arasında qalsaydım, ikincini seçərdim”. Mətbuatın xalq üçün müstəsna önəmini göstərən bu ifadə Tahirə xanım Qafarlı ilə Arzu xanım Zeynallının gördüyü işin önəmini göstərir.

 

Çox uzun illər əvvəllərdən tanıdığım, fərqli xarakter və iş bacarığına malik bu iki xanım uzun illər ərzində birgə müxtəlif media layihələri həyata keçiriblər. Onların fərqli xarakterə və iş bacarığına malik olduqları halda uzun illər birgə fəaliyyət göstərmələri peşəkar jurnalist olduqlarının təsdiqidir. Məhz buna görə mətbuat orqanlarının ard-arda bağlandığı, sıradan çıxdığı bir zamanda iki xanım jurnalistin rəhbərlik etdiyi media orqanı üç yaşını qeyd edir və uğurla fəaliyyət göstərir.

 

Versus.az İnformasiya Agentliyinin üç yaşı tamam olması münasibəti ilə Tahirə xanım Qafarlı və Arzu xanım Zeynallı başda olmaqla Agentliyin kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayıram”.

 

 

 

 

“Peşəkarlıq və ciddiliklə idarə olunduğu hər zaman nəzəri cəlb edir”

 

 

 

 

TURAL İRFAN:
/AXCP sədr müavini/

 

Versus.az saytı ölkədə barmaqla sayılacaq səviyyəli, səliqəli, yüksək peşəkarlıqla idarə olunan saytlardan biridir.

 

Bu sayt yarandığı gündən mətbuat və yayım qaydaları çərçivəsində çox fəal, aktiv fəaliyyəti ilə demək olar ki, dünyada və ölkədə baş verən xəbərləri ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırmaqda davam edir. Ələlxüsus da ki, peşəkarlıqla, ciddiliklə idarə olunduğu hər zaman nəzəri cəlb edir. Bu günki jurnalistikada nümunə olası bir xəbər qaynağıdır bu sayt.

 

Vaxtaşırı mənim də yazılarımı, məqalə və açıqlamalarımı öz səhifələrində işıqlandıran, yayımlayan bu saytın rəhbərliyini, bütün kollektivini səmimi qəlbdən təbrik edir, uğurlar arzulayıram.

 

İnanıram ki, Azərbaycan mətbuatında versus.az saytı tarixə düşən bir xəbər qaynağı kimi hər zaman cəmiyyətimizin rəğbətini qazanacaqdır”.

 

 

 

“Obyektiv mövqeyinizi qorumusunuz”

 

 

 

SAMİR ADIGÖZƏLLİ:
/İSBAM sədri/

 

““Versus”çuları səmimi qəlbdən təbrik edirəm.

 

Kütləvi informasiya vasitələri arasında rəhbərlik etdiyiniz saytın özünəməxsus yeri var.

 

Əsas onu qeyd edə bilərəm ki, obyektiv mövqeyinizi qorumusunuz. İnformasiya yayımı məsələsində bolluqdan daha çox peşakarlıq, obyektivlik və operativlik gərəkdir.

 

İnanıram ki, bunun öhdəsindən gələ bilmisiniz.

 

Fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Yəqin ki, irəliləyən illərdə Versus.az daha yeni layihələrə imza atacaq”.

 

 

 

  

 

 

“Tərəfsizliyini peşəkarcasına qoruyan media qurumudur”

 

 

 

 

HƏBİB ƏLƏKBƏRSOY:
/Türk Hərəkatı İctimai Birliyinin sədri/

 

“Bildiyimiz kimi, informasiya texnalogiyaları əsri adlandırılan XXI əsrdə xəbər ən güclü silah hesab olunur. Bu günkü dünyamızda informasiya savaşını qazanan tərəf həm odlu müharibələrdə, həm iqtisadi rəqabətlərdə, həm də sivilizasiyalar arası gedən gizli mübarizədə qalib olur.

 

Versus.az İnformasiya Agentliyi fəaliyyətə başlayandan biz müşahidə etmişik ki, qeyd edilənlər fonunda saytın rəbbərliyi ilk növbədə bir media orqanının daşıdığı məsuliyyətin fərqindədir və imkanları daxilində layiqincə öz missiyalarını yerinə yetirirlər. Bu onların ilk növbədə sahib olduqları milli və mənəvi dəyərlərlə, sonra peşəkarlıqları ilə bağlıdır. Düzdür, Versus.az saytı tərəfsizliyini peşəkarcasına qoruyan media qurumudur. Eyni zamanda, müşahidə olunduğu kimi, Versus.az kollektivi üçun informasiya yükünü daşımaq birinci növbədə millətin, dövlətin, insanlığın və bəşəriyyətin təhlükəsizliyini anlamaqdan başlayır, ikinci növbədə isə mətbuat ictimai fikiri formalaşdırır. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi "Əkinçı"-nin ilk sayında yazırdı ki, "Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər".

 

Bu fikirlər əslində Azərbaycan mətbuatının təməl prinsiplərinin ifadəsidir. Azərbaycan mətbuatının banisi daşdan sərt cəmiyyətdə sudan həlim sözün və xəbərin rolunu bizə ən aydın şəkildə ifadə edərək miras qoymuşdur.

 

Bir media orqanı olaraq Sizin kollektivi 3 illik fəaliyyətinizdə bu mirasa sahib çıxaraq verilən xəbərin məsuliyyəti və cəmiyyətə göstərdiyi təsir imkanlarını nəzərə alaraq, bütün fəaliyyətinizi imkanlarınız daxilində yaxşı əməllər, müqəddəs amallar, vətənimizin bütövlüyü, millətimizin inkişafı və dövlətimizin qüdrətlənməsi yolunda mübarizə, maarifləndirmə və ən əsası doğru xəbəri çatdırma üzərində qura bilməyiniz münasibəti ilə təbrik edirəm. Həm də Sizə ən yaxın gələcəkdə böyük uğurlara imza ataraq izləyicilərinizin sayını sürətlə artırmağı və hər kəsin maraqla izləyəcəyi bir sayt formalaşdıra bilməyi arzu edirəm”.

 

 

P.S: Əslində, burda daha çox insana sevə-sevə söz demək imkanı yaratmaq olardı. Lakin texniki cəhətdən yarada biləcəyi çətinliyi nəzərə alaraq, ONLARLA növbəti görüşümüzü daha böyük auditoriyada, hamılıqla birgə düzənləmək arzusu ilə müzakirəmizi tamamladıq.

Hər bir iştirakçıya ayrı-ayrılıqda Versus.az İnformasiya Agentliyinin kollektivi adından dərin təşəkkür və sevgilərimizi bildiririk.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR