"Bu fəaliyyət dövlət maraqlarına xidmət edir"

18:27 24-04-2020 | icon 1085 | Siyasət
"Bu fəaliyyət dövlət maraqlarına xidmət edir"

Ehtiram Mehtiyev: "Deputat Razi Nurullayevin rəhbərliyi ilə Azərbaycanda sivil, kübar müxalifətin təməlini qoyduq"

 

"Dünya təcrübəsi, aparıcı ölkələrin sosial-siyasi həyatındakı inkişaf göstərir ki, məhz sivil müxalifətin fəaliyyəti təqdirəlayiqdir. Bu fəaliyyət dövlət maraqlarına xidmət edir və səsləndirilən tənqidlər dövlətçilik naminədir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev bildirib.

 

Sədr müavini qeyd edib ki, Azərbaycanda da son zamanlar iqtidar-müxalifət arasında dialoq mühitinin yaranması, dövlət başçısının şəxsən belə bir mövqedən çıxış etməsi iqtidar və sivil müxalifət münasibətlərinə yeni körpü salınmasına təkan verir:

"Artıq siyasi meydanda radikallıq deyil, sivil davranışlar, tənqidlər yer almalıdır. Radikal mübarizə müxalifətçilik demək deyil. Bu çağırışlar ölkəni xaosa aparmağa xidmət edir. Bu çıxışı səsləndirənlər o zaman səmimi olardılar ki, ölkənin sosial-iqtisadi inkişafı üçün real təkliflər hazırlayar, taleyüklü məsələlərdə dövlətin yanında olardılar. Amma radikallar bu günə qədər ölkənin sosial-iqtisadi inkişafı üçün hər hansı bir konsepsiya ilə çıxış etməyiblər. Cəmiyyət onları hər zaman şəxsi və qrup ambisiyalarına xidmət edən qüvvə kimi tanıyıb".

 

E.Mehtiyevin fikrincə, bu gün radikal müxalifətin sərgilədiyi mübarizə metodu real qələbəyə hesablanmayıb. Onlar sanki öz varlıqlarını sübut etmək üçün çalışırlar:

"Radikal və dağıdıcı şüarlar da buna görə səslənir. Bu taktikanı cəmiyyətin böyük bir hissəsi qəbul etmir. Çünki xalqın gözü tərəzidir. Cəmiyyətin sağlam düşünən, sivil və kübar mübarizə aparan müxalifətə ehtiyacı var. Millət vəkili Razi Nurullayevin rəhbərliyi ilə Azərbaycanda sivil, kübar müxalifətin təməlini qoyduq. Cəmiyyətin müxalifətə olan inamını dəyişdik. Düzdür, bu yolda qarşımızı kəsənlər çox oldu. Amma buna baxmayaraq, yolumuzu davam etdirdik. Hesab edirəm ki, bu gün cəmiyyətin bu yöndə inkişafında bizim də əməyimzi var".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub