Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında MÜBAHİSƏ

14:13 05-05-2020 | icon 488 | Siyasət
Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında MÜBAHİSƏ

"Onun seçicilərdən xəbəri yoxdur"

 

“Yaranmış şəraitdən həm ölkə daxilidə, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Musa Qasımlı deyib.

 

O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz:

“Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

 

Musa Qasımlının dediklərinə cavab verən millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Musa Qasımlı icra başçısının adından danışır, onun seçicilərdən xəbəri yoxdur:

“Mən oradan olan insanların şikayətləri əsasında mətbuatda bu cür çıxış etmişəm. Musa Qasımlı yaxşı olar ki, gedib seçicilərinin vəziyyəti ilə tanış olsun”.

 

Musa Qasımlı isə Sabir Rüstəmxanlıya cavabında bildirib ki, 25 illik deputat həyatında bir seçicinin qapısını açmayan şəxsin seçicilərin adından danışması çox miskin görünür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ