Qarabağ ermənilərinə müraciət edildi
Milli Məclisdə çıxış edən deputat, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev vacib bir məsələyə diqqət çəkdi.
O deyib ki, Azərbaycan İcmasının fəaliyyətini yaxından izləyənlər arasında Dağlıq Qarabağ icmasının erməni əhalisi də var: “Qarabağ erməniləri bizə müraciət edərək Azərbaycanın sərhədləri daxilində birgə yaşayışa tərəfdar olduqlarını bildirirlər. Mən həm Xankəndi şəhərindən seçilən deputat, həm də icma rəhbəri kimi həmin ermənilərə buradan müraciət edərək bildirmək istəyirəm ki, onlar digər rasional erməniləri öz ətrafında birləşdirməli və Azərbaycan icması ilə birgə yaşamaq üçün hərəkətə keçməli və işğala son qoyulmasına çalışmalıdırlar!”
T.Gəncəliyev bildirdi ki, Azərbaycan icmasının fəaliyyəti erməni işğalçılarıNnı kifayət qədər narahat edir: “Mən bir daha Dağlıq Qarabağ ermənilərini ciddi düşünməyə və bizimlə bir yerdə yaşamağa hazır olmağa çağırıram”.
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”