YAP-dan sərsəm Paşinyana cavab

13:25 19-05-2020 | icon 349 | Siyasət
YAP-dan sərsəm Paşinyana cavab

Məlahət İbrahimqızı: “Son zamanlar bir sıra tədbirlərdə möhtərəm Prezidentimiz tərəfindən ifşa olunaraq nokaut vəziyyətinə salınmış Paşinyan...”

Versus.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ünvanına sərsəm fikirlər səsləndirdi və cavabını aldı. Maraqlıdır, hakim Yeni Azərbaycan Partiyasının Rəsulzadəyə ünvanlanan ittihamlara reaksiyası necədir?

“Bu günlərdə qədim Azərbaycan türklərinin əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan ərazisində qurulmuş qondarma Ermənistanın baş naziri Paşinyan ADR-in əsas qurucularından olan və son nəfəsinədək müstəqil dövlət ideyaları ilə yaşayan və ADR-in bərpa edilməsi arzuları ilə həyata göz yuman Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm çıxışlarla yenidən gündəmi zəbt edib”.

Bunu deputat, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söyləyib. Xanım deputat bildirib ki, işğalçı Ermənistana demokratik və sülhsevər imic yaratmağa çalışan Paşinyanın bu çıxışı heç bir tarixi reallığa söykənməyən çıxışdır: “Çünki bu haqda kifayət qədər Qərb tədqiqatçıları araşdırmalar aparıb və mətbuatda davamlı olaraq materiallar dərc edilib.

Paşinyan bilməlidir ki, nə qədər ”demokratik- tragikomik" rol oynasa da, onun və sələflərinin həyata keçirdikləri siyasətin faşizm mahiyyətini ört-basdır edə bilməyəcək.

 

Məlahət İbrahimqızı: 20 Yanvarla bağlı vikipediyada səhv ...

Çünki həm tarixi sənədlər, həm də beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin dəfələrlə qəbul etdikləri sənədlərlə Ermənistanı təcavüzkar, Xocalı qətliamı törədən dövlət kimi tanıyırlar". M.İbrahimqızı N.Paşinyanın yeganə çıxış yolunun olduğunu bildirdi: “Son zamanlar bir sıra tədbirlərdə möhtərəm Prezidentimiz tərəfindən ifşa olunaraq nokaut vəziyyətinə salınmış Paşinyan dövlətinin və xalqının imicini düzəltmək istəyirsə, işğala son qoymalı və işğalçı erməni ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxartmalıdır”.

Tarix elmləri doktoru, professor Anar İsgəndərovun doğum günüdür

Anar İsgəndərov: “Həmin sənədləri qaldırıb, gözü həqiqəti görməyib, qulaqları onu eşitməyən və başı düzgün işləməyən Paşinyana onu oxutdurmaq lazımdır”

YAP-çı deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov isə Cebhe.info-ya deyib ki, Məhəmməd Əmin Rəsulzadənin Almaniya ilə imzaladığı memorandum Paşinyanın fikrinin böhtan olduğunu aşkar şəkildə sübut edir: “Ermənilər yalnız türk-müsəlman əhalisinə qarşı işlətdiyi böhtanlarla tarixdə qalıb. Növbəti böhtanı da Ermənistanın hazırkı baş naziri Paşinyan atıb. Əslində Paşinyanın Ermənistan tarixində olan yerini bir neçə cümlə ilə müəyyənləşdirmək olar. Onun babası faşistlərə qulluq edən bir şəxs olub. O, türk də, slavyan da, yəhudi də öldürüb. Bunlar hamısı məlumdur. Amma Paşinyanın Cümhuriyyət liderlərindən olan Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə münasibət bildirmək istəyirəm. Həqiqi mənada Rəsulzadə 1920-ci ilin aprelindən sonra ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyi uğrunda çalışıb, vuruşub və can qoyub. Bu müstəqilliyi yalnız arzulamaqla kifayətlənməyib, əlindən gələn hər şeyi edib. Hətta o, dünyasını da Azərbaycanın müstəqil olacağı ümidi ilə dəyişib. Məhz buna görə deyirdi ki, ”Bir kərə yüksələn bayraq, bir daha enməz". M.Ə.Rəsulzadənin sovet Rusiyasına nifrəti məlumdur. Çünki sovet Rusiyası 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoymuşdu. Bu imperiya Azərbaycanın cümhuriyyətlə bağlı əldə etdiyi hər şeyi məhv etmişdi. Ona görə də Məhəmməd Əmin Rəsulzadə sovet Rusiyasına düşmən idi. Amma Azərbaycanın müstəqilliyi üçün kimlərləsə də siyasi münasibətlərə girməyə hazır idi və buna diqqət yetirmək lazımdır ki, almanlarla siyasi münasibət qurmaq üçün 16 maddədən ibarət memorandum imzalamışdı. O memoranduma fikir vermək lazımdır. Həmin memorandumda yazılırdı ki, “Alman ordusu Qafqaza daxil olarkən, Azərbaycana yalnız Azərbaycan milli qüvvələri, legionları daxil olmalıdır. Yəni əməkdaşlıq hansı formada olursa-olsun, Azərbaycana yalnız özünün milli qüvvələri girməlidir. Bu fikir qəbul olunmadığına görə Rəsulzadə ilə Almaniya nazirliyi arasında bütün münasibətlər kəsildi. Bundan sonra Məhəmməd Əmin Rəsulzadə Almaniyanı tərk etdi. Bunun üzərində dayanmaq lazımdır. Yəni düşməndən Azərbaycanın müstəqilliyi üçün istifadə olunub. Ona görə də Paşinyanın nə deməsindən asılı olmayaraq, bir tarix var. O tarixin isə arxiv sənədləri var. Əgər sübuta ehtiyac varsa, həmin sənədləri qaldırıb, gözü həqiqəti görməyib, qulaqları onu eşitməyən və başı düzgün işləməyən Paşinyana onu oxutdurmaq lazımdır. Sənədlər də xoşbəxtlikdən rus və alman dilindədir”.

Professor Paşinyanın öz babası ilə Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadəni eyniləşdirmək istəyinə də münasibət bildirib: “Həmin arxiv sənədlərinə baxaq və görək Məhəmməd Əmin Rəsulzadə faşist Almaniyası ilə nə qədər münasibət qura bilib, kimə güllə atıb, kimi öldürüb? Heç kimi. Amma Paşinyanın babası isə həqiqətən sovet dövlətinin əsgərinə güllə atıb, öldürüb və buna sevinib. Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyətin digər liderləri hətta müvəqqəti hökumət də yaratdılar. Məqsəd də ondan ibarət idi ki, gələcəkdə sovet dövləti məğlub ediləcəyi təqdirdə Azərbaycan öz əvvəlki müstəqilliyini bərpa etsin. Əgər memorandumda milli qüvvələrlə bağlı qeyd etdiyimiz fikir olmasaydı, onda bəlkə də Paşinyanın səsləndirdiyi fikrə müəyyən vasitələrlə cavab verərdik. Amma Məhəmməd Əmin Rəsulzadənin memorandumda qoyduğu şərtlə digər sübuta ehtiyac qalmır. Paşinyan böhtan ata bilər. Amma bu böhtanın ömrü tarixi sənədlər açılana qədər davam edər. Paşinyanın müqayisəsi gülüncdür. Çünki onun babasının elədiyi xəyanətlərin arxasında faktlar durur. Məhəmməd Əmin Rəsulzadə ilə onun babasının elədiklərini faktlar əsasında tutuşdursaq, görərik ki, bu müqayisə heç cür alınmır. Yəni onun babası xəyanətkar, Məhəmməd Əmin Rəsulzadə isə öz xalqı üçün canından keçən və son kəlməsi də ”Azərbaycan" olan lider".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr