“Dilənçilər üçün sığınacaq yaradılsın”
Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa bildirdi ki, pandemiya dövrünün iki qəhrəmanı var - həkimlər və polislər. Həkimlərin fədakarlığını dəyərləndirən deputat polislərin karantin dövründə qoyulmuş postlarda insanlarla necə yüksək səviyyədə rəftar etmələrini xüsusi vurğulayıb.
Versus.Az-ın məlumatına görə, deputat qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərdə yumşalma olan kimi küçələrdə dilənçilərin sayı artıb.
Müşahidələri zamanı bir ünvanda çoxlu sayda dilənçinin toplaşdığını deyən F.Mustafa təklif edib ki, dilənçilər üçün sığınacaq yaradılsın:
"Onların bəhanəsi odur ki, çörəyimiz, yeməyimiz yoxdur. Həmin sığınacaqda onlar üçün gündə 3 dəfə yemək də verilsin və bəhanələri kəsilsin”.
F.Mustafanın sözlərinə görə, dilənçiləri küçədən çıxarmağın yolu budur:
“Nə zaman ki, dilənçilikdən imtina etsələr, bir sənədə imza atsın və buraxılsınlar. Bu məsələ turizm üçün də problemdir. Hara gedirsən, onları görürsən”.
Milli Koordinator Seyfulla Əzimov cavabında dedi ki, bu məsələ onların diqqətindədir:
“Biz hər gün onlarla mübarizə aparırıq. Qaraçıların peşəsi dilənçilikdir. İstəyirik ki, şəhərimizə gələn qonaqlar onları görməsinlər, onlar maşınların qarşısını kəsməsinlər”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”