Karantindən sonra partiyada ilk toplantı keçirildi
MMP-nin növbəti qurultayının keçirilməsi ilə bağlı təşkilat komitəsinin hesabatı dinlənilib
Bu gün Müasir Müsavat Partiyasının (MMP) qərargahında karantindən sonra ilk dəfə partiyanın İdarə Heyətinin iclası keçirilib.
Bu barədə Versus.Az-a MMP-nin Mətbuat Xidmətindən bildirilib.
İclasda partiyanın Ağsaqqallar Şurasının, Qadınlar Şurasının və Gənclər Təşkilatının sədrləri, MMP-nin Bakı və Bakı ətrafı rayon təşkilatı sədrləri iştirak ediblər.
Bildirilir ki, iclasda koronavirus pandemiyası dövründə ölkə rəhbərinin bu sahədə apardığı təşkilati işlərin uğurla başa vurulması, onun apardığı ardıcıl və prinsipial iş sayəsində xalq arasında ölüm hallarının qarşısının alınması, karantin dövründə əhalinin az təminatlı hissəsini yardımla təmin olunması, eyni zamanda, korrupsiyaya qarşı aparılan ciddi mübarizə yüksək qiymətləndirilib. Mövzu ətrafında çıxış edənlər görülən işlərin davamlı olmasının vacibliyini vurğulayıblar.
Daha sonra Ağsaqqallar Şurasının, Qadınlar Şurasının və Gənclər Təşkilatının sədrləri, MMP-nin Bakı və Bakı ətrafı rayon təşkilatı sədrlərinin bu ərəfədə xalq arasında apardığı işlərin hesabatı dinlənilib. Hələ də yumşaldılmış da olsa karantin dövrünü yaşadıgımız üçün maarifləndirmə işlərinin davam etdirilməsi tövsiyyə olunub.
İclasda partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı təşkilat komitəsinin hesabatı da dinlənilib. Qərara alınıb ki, bu gündən başlayaraq konfransları keçirilməyən rayon təşkilatlarının konfransları təşkil edilsin. Konfranslar bitdikdən sonra isə partiyanın qurultayının vaxtı ilə bağlı təklif verilsin.
Qeyd edək ki, İdarə Heyətində bu və ya digər məsələlərin həlli ilə bağlı ciddi qərarlar qəbul edib.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”