"Dünyagörüşündə də mutasiya baş verə bilən siyasilər varmış"

14:32 26-05-2020 | icon 484 | Siyasət
"Dünyagörüşündə də mutasiya baş verə bilən siyasilər varmış"

Əlisahib Hüseynov: "Cəmil Həsənli əqidə mütasiyasına uğrayıb və o, ABŞ-a köçəndən sonra əqidəsi də dəyişib"

 

"Heç demə siyasətdə də, daha doğrusu, siyasətçinin əqidəsində, dünyagörüşündə də mutasiya baş verə bilərmiş".

 

Versus.Az xəbər verir ki, bunu Milli Şurada baş verənlərlə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri qeyd edib ki, Eldəniz Quliyev yaxşı deyir ki, Cəmil Həsənli əqidə mütasiyasına uğrayıb və o, ABŞ-a köçəndən sonra əqidəsi də dəyişib:

"Bu yaxınlarda məlum onlayn müzakirələrdəki söyüş və təhqirlərə görə Milli Şura ilə yollarını ayıran Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin bu sözləri əslində kifayət qədər düşündürücüdür. Çünki Cəmil Həsənlinin əqidəsi həqiqətən də o dərəcədə şiddətli mutasiyaya uğrayıb ki, adam az qala Milli Şuranın rəhbəri olduğunu unudub və son vaxtlar yalnız LGBT-nin (cinsi azlıqların) hüquqlarının müdafiəçisi kimi çıxış edir. "Mutasiya" termini adətən bioloqların, təkamülçülərin, genetiklərin istifadə etdiyi bir anlayışdır. Ancaq görünür ki, siyasətdə də mutantlar mövcud imiş. Tarixçi professorumuz ya ABŞ Dövlət Departamentinin cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı nəzərdə tutduğu qrantlardan pay almaq xatirinə, yadaki xalqımızı "Overton pəncərəsi"nin süzgəcindən keçirmək istəyən dünya güclərinin təsiri altına düşdüyünə görə öz milli-mənəvi dəyərlərimizə qarşı müharibə elan edib. Bu yaşa, bu başa sahib olan bir ziyalının hakimiyyətlə bərabər, millətə qarşı bu qədər qeyri-əxlaqi bir mövqe seçməsi təəssüf hissi doğurur. Bir ziyalının düşüncələrində və siyasi əqidəsində cinsi azlıqların millətdən önə keçməsi onun faciəsidir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr