MDHP Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar BƏYANAT qəbul edib

22:59 28-05-2020 | icon 672 | Siyasət
MDHP Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar BƏYANAT qəbul edib

“Hərb istəmirik, amma HƏRBƏ HAZIRIQ devizimiz hər an qüvvədədir”

 

Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ departamentinin məclisi mayın 26-da pandemiya dönəmindən sonra ilk dəfə növbəti toplantısını keçirib.

 

Versus.Az xəbər verir ki, toplantıda fəaliyyət istiqamətləri ilə bağlı qərarlar, o cümlədən Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar bəyanat qəbul edilib.

 

 

Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ departamentinin bəyanatında bildirilir:

“Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları, Sizin istər mərkəzi, istərsə də yerli icra orqanlarında apardığınız kadr islahatlarını alqışlayır, sizə apardığınız işlərdə müvəffəqiyyətlər arzulayırıq.

Biz, MDHP Qarabağ Departamentinin üzvləri, başda partiya sədri Fərəc bəy Quliyev olmaqla Sizin milli maraqları özündə ehtiva edən siyasətinizi dəstəkləyir və nəzərinizə çatdırırıq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağda işlətdiyi “Qarabağ Ermənistanındır nöqtə”- ifadəsinə, milli iradəni ifadə edən prinsipal Dağlıq Qarabağ Azərbaycanındır və nida işarəsi-ifadəniz hər birimizin qəlbində qürur hissi yaratmışdır.

Möhtərəm Cənab Prezident!

Dünyada koronavirus epidemiyasının yayıldığı ilk günlərdə sizin rəhbərliyiniz altında görülən qəti tədbirlər nəticəsində respublikamızda kütləvi yoluxmaların qarşısı alınmaqla bahəm, dövlət orqanlarında, özəl sektorda çalışan işçilərin ixtisar edilməsinin qarşısının alınması, 600 min aztəminatlı və işsiz statuslu vətəndaşlara göstərdiyiniz 3 milyard manatlıq yardım, Sizin siyasətinizin əsasının hər bir vətəndaşın rifahının yaxşılaşdırılma olduğunu təsdiqləyir. Dünyanı sarsıdan pandemiya ilə aparılan mübarizə dönəmində də Milli Ordumuzun düşmənə gözdağı verən təlimlərin keçirilməsinə əmr verməniz bütün şərtlər daxilində, bütün vasitələrlə milli maraqlarımızın qorunmasını prioritet götürməyinizin bariz nümunəsidir.

Cənab Ali Baş Komandan!

Dünya Birliyi tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası”nda keçirilən andiçmə mərasimində iştirak etmək üçün vertolyotla Dağlıq Qarabağa gələn Nikol Paşinyanın Azərbaycanın dilbər guşəsi, elm və mədəniyyət mərkəzi olan Şuşa şəhərində keçirilən “mərasim”də iştirakı hər bir Azərbaycan vətəndaşının, o cümlədən MDHP-nin hər bir üzvünün qəlbində hiddət, dünya birliyinin, xüsusən ATƏT-in Minsk qrupunun bu məsələyə etinasız yanaşması isə bizdə ikrah hissi yaratmışdır.

Çox saylı vətəndaşlardan, xüsusən Qarabağ müharibəsi qazilərindən MDHP-na daxil olan müraciətlərdə işğal altındakı torpaqlarımızda ermənilərin həyasızcasına ağalıq etməsinə etirazlar bildirilir və onlar erməni faşistlərinə Azərbaycan tərəfindən onların da iştirakı ilə “dərs” veriləcəyi günü səbirsizliklə gözləyir. Siyasi mənsubiyyətindən və ictimai mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı sülhə meydan oxuyan erməni faşistlərinə qarşı müharibənin başlanmasının yeganə çıxış yolu olduğunu və Ali Baş Komandan kimi Sizin əmrinizi səbirsizliklə gözləyirlər.

Möhtərəm Cənab Prezident, Ali Baş Komandan!

İşğal olunmuş vətən torpaqlarını qəsbkarlardan azad etmək üçün Sizin əmrinizlə səfərbərlik elan edilərək müharibəyə başlanarsa, 2016-cı ilin aprel döyüşlərində vətən övladlarının göstərdiyi hünər təkrarlanar və torpaqlarımız qısa müddətdə işğaldan tam olaraq azad olunar. Bu işdə bütün xalq, o cümlədən biz MDHP-nın Qarabağ departamentinin üzvləri öz Prezidentimizin yanında olmuş və olacaqdır. Çünki bu bizim hamımızın məsuliyyəti və  haqq işimizdir. Biz ədalətli sülh istəyirik, hərb istəmirik, amma hərbə hazırıq - devizimiz hər an qüvvədədir.

 

MDHP-nın Qarabağ departamentinin sədri, I Qarabağ müharibəsi veteranı Şakir Ağayev”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr