“Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur”

11:48 02-06-2020 | icon 383 | Siyasət
“Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur”

Razi Nurullayev: "Torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə bu məsələləri yoluna qoymaq olar"

 

“Torpaqlarla bağlı yeni qanun layihəsinin yaradılmasını təklif edirəm. Bununla da torpaqları kəndliyə qaytara bilərik. Torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə bu məsələləri yoluna qoymaq olar”.

 

Versus.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ikinci iclasında çıxış edən deputat Razi Nurullayev deyib.

 

O bildirib ki, deputatı olduğu rayonda insanlar örüşlərə heyvanları aparmaq üçün torpaq tapmır: 

“Bilirik ki, kənd yerində insanlar heyvandarlıqla məşğul olur. Ancaq İmişlidə heyvanları otarmaq üçün örüşlər yoxdur. Adam var adına 100, 200 hektar torpaq payı var. Yaxşı, istifadəsiz torpaqlar kimə məxsusdur?! Böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur. Bəs kəndli necə dolansın?! Bu məsələləri yoluna qoymaq lazımdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr