“İctimai rəyi birinci şəxsə qarşı çevirmək istəyirlər”

15:36 04-06-2020 | icon 742 | Siyasət
“İctimai rəyi birinci şəxsə qarşı çevirmək istəyirlər”

Hafiz Hacıyev: "Prezident neyləsin ki, bu sahəyə baxan məmur təbəqəsi çox bivecdir”

 

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın “Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim” - açıqlaması ölkənin ictimai-siyasi arenasında birmənalı olaraq tənqid olunub. Ermənistan cəmiyyəti bu etirafına görə, Baqratyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Bəs Azərbaycana qarşı işlənən təxribatçı çıxışlara qarşı Azərbaycan ictimaiyyətinin reaksiyası necə olmalıdır?

 

Bu barədə Versus.az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev bildirib ki, Baqratyan kimiləri belə çıxışları ilə ermənilərdə o “immuniteti” yaratmaq istəyirlər ki, “gedin Qarabağda məskunlaşın, nə istəyirsiz edin, onsuz da sizə heç kim heç nə edən deyil. Elə bir xarici işlər nazirləri var ki, söz deməyə də “dişi” yoxdur.

 

"Bunlar bizim ali məqsədimizə təsir edə bilməz"

 

H.Hacıyev hesab edir ki, bir qədər əvvəl Şuşada parad keçirən erməni öz əməllərinə görə cəzalandırılmadığını gördükcə, belə sərsəm çıxışlarına davam edəcək:

“Təbii ki, bu yolla bizi təhqir edirlər. Bu isə xarici işlərə rəhbərlik edən adamın milli qüruruna toxunmur. Çünki Azərbaycanın xarici siyasətini bərbad günə salıblar. Amma böyük səhvə yol verir. Sağlıq olsun, çox yaxın vaxtlarda biz torpaqlarımızı işğaldan azad edəcəyik. Kimin qaynatası ermənidir, kim qızını erməniyə verirsə, bu onun öz işləridir. Bunlar bizim ali məqsədimizə təsir edə bilməz. Erməni və ermənikimilər sürüsü hansı oyunlardan çıxsa da, torpaqların işğaldan azad olunması üçün lazım olan addımlar atılacaq. Ona görə ki, Ali Baş Komandan dəfələrlə öz çıxışlarında bu istiqamətdə ciddi işlərin görüldüyünü bildirib. O neyləsin ki, bu sahəyə baxan məmur təbəqəsi çox bivecdir”.

 

H.Hacıyev bildirib ki, müxtəlif mühüm vəzifələrdə olan məmurlar zaman-zaman bu dövlətə, o cümlədən də dövlət başçısına xəyanət ediblər:

“Belə bir fon yaratmaq istəyiblər ki, indiki hökumət, dövlət torpaqları azad edə bilmir. Məsələni bu istiqamətə yönəldib, ictimai rəyi birinci şəxsə qarşı çevirmək istəyirlər. Lakin bilsinlər ki, Baqratyan bizim yerimizdə ola bilməz, qələt edirlər. Dövlət olaraq  güclüyük. Millətin döyüş hissi hələ ölməyib. Şuşa məsələsində xalqın öz iradəsi ilə az qala Şuşaya doğru hərərkət etmək istədiyinin şahidi olduq. Zamanı gələndə,  Qarabağı da alacağıq, hələ Azərbaycanın tarixi qədim torpaqları olan İrəvanı da. Ona görə də hakimiyyətin içində erməniyə dayılıq edənlər, erməni ilə qohum olanlar elə düşünməsinlər ki, çətin vəziyyətdə qaçıb gedib aldıqları evlərdə qala biləcəklər. Elə düşünməsinlər ki, illərlə torpaqların itkisi ilə nəticələnən xəyanətkar fəaliyyətləri yenə də davam edəcəkdir. Onlar  çox böyük səhvlərə yol verirlər və düşünürəm ki, ictimai rəyi düzgün hesablaya bilmirlər. Xalq arasında nifaq salmağa çalışırlar ki, bu niyyətləri onların özlərini böyük bəlalara gətirib çıxaracaq”.

 

"Paşinyan gedəcək, hansısa qoturyan gələcək"

 

H.Hacıyev bildirib ki, erməninin Azərbaycan adına bu cür danışması heç də onun “bəsirət gözü”nün açıldığını göstərmir. Eləcə də bu, heç də Ermənistan hakimiyyəti daxilində gedən mübarizənin Paşinyanın devrilib sülhpərvər erməninin hakimiyyətə gələ bilməsinə də dəlalət etmir:

“27-30 ildir bu cür çalınan havaları eşitmişik və bu havaya uyğun aparılan oyunlara da şahidlik etmişik. Ermənilər belə bir fon yarada bilərlər. Ermənilər Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməyə nail olublar və bu gün də həmin siyasətləri davam edir.  Bundan sonra da belə çıxışları Azərbaycana, dünyaya ötürüb özləri haqqında ədalət axtarışında olan bir millətin imicini formalaşdıracaqlar. Paşinyan da hakimiyyətə gələndə deyirdilər ki, guya bu demokratdır, gələndə Qarabağı verəcək, danışıqlarda ədalətə söykənəcək və sairə. Amma görünən bu oldu ki, Paşinyan o biri rəhbərlərdən də faşizm ideologiyası ilə silahnana bir adamdır. Yəni belə çıxışlar ermənilərin baş qatmaq, fikri yayındırmaq, ictimai rəyin başının altına yastıq qoymaqdan başqa bir şey deyil. Belə fikir yaradırlar ki, guya belə davam etsə Ermənisatan hakimiyətində bir-birini qıracaqlar Paşinyan da gedəcək. Paşinyan gedəcək, hansısa qoturyan gələcək, bunun bizim üçün heç bir fərqi yoxdur”.

 

MMP sədri qeydedib ki, bu gün hər fürsətdə Azərbaycana qarşı çıxış edən, beynəlxalq qurumların da Azərbaycana təsir göstərmək üçün istifadə etdiyi məqamlara qarşı ciddi ideoloji müharibə ilə cavab verilməlidir:

“İndiki vəziyyətdə ictimai reaksiyanın tempinə nəzər salanda elə bir təəssürat yaranır ki, sanki bir qədər biganələşmişik. Vaxtilə Topxanada bir ağac qırılanada millət Azadlıq meydanına axışırdı. Mən demirəm ki, Azadlıq meydanına axışaq. Amma bu gün pessimist bir əhval-ruhiyə yaranıb. Elə bil bu gedən torpaqlar bunların olmayıb, elə bil Kəlbəcərdə, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Qubadlıda, Cəbrayılda qəbirlərimiz qalmayıb. Çox narahatedici bir məqamdır. Bu da bizim ideoloji təbliğat üsullarının çox zəif işləməsi ilə bağlıdır. Daxildə bir-birimizin ayağının altını eşmək satqınlıqdır və xarici dövlətlərin ayda milyonlarla pul verib saxladığı özümü “ana”, “dədə”, “baba” adlandıran insanların bu sahədə gördüyü işin zəifliyidir. Bunun özü də xalq arasında narazılıq yaradır ki, torpağı işğalda olan, milyonlarla qaçqını olan, vətəndaşı hələ də düşmən əsirliyində, girovluğunda qalan dövlətin ideloji, təbliğati işlərinə baxan aidiyyatı qurumların belə passivliyi yolverilməzdir”.

 

H.Hacıyev belə bir şəraitdə əsas ideoloji təbliğatın siyasi partiyalar, ictimai təşkilatlar, xüsusilə də televiziyalar vasitəsi ilə aparılmasını mühüm hesab edib:

“Millət belə düşünür ki, siyasi qurumalar, partiyalar bu məsələyə belə laqeyd yanaşırlarsa, mən nə edim. Bəzi partiyaların bu laqeydlik göstərmələri azmış kimi xalqın döyüş ruhunun ölməsi ilə bağlı fikirlər yayırlar. Bu da yanlışdır. Azərbaycan xalqının çox böyük döyüş əhval-ruhuiyyəsi var. Aprel döyüşləri bunu bir daha göstərdi. Çox təssüf hissi keçirirəm ki, zaman-zaman milli təhlükəsizlik orqanlarına - Eldar Mahmudovla işləyən partiya sədrləri onlayn televiziya kanallarına çıxıb deyirlər ki, Azərbaycan xalqı döyüşmək istəmir. Bu da düşünülmüş  addımdır. Ermənilərə mesaj verirlər ki, biz döyüşmək istəmirik, işinizdə olun, gəlin işğal etdiyiniz ərazilərimizdə məskunlaşma aparın, saunalar tikin, başqa rayonlarda məktəblər salın. Xalqın namuslu, qeyrətli oğulları var və biz çalışırıq ki, torpaqlarımızın azad olunması uğrunda  mübarizə aparaq və bu mübarizədə qalib gələk. Amma ideoloji müharibədə hələlik uduzuruq. Ona görə ki, bizim televiziyalarda milli ruhun qaldırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı heç bir verilişlər getmir. Getsə də mənasızdır. Axşama qədər lüt qızları çıxarıb qılçalarını qılçalarının üstünə qaldırıb onları nümayiş etdirirlər. Bizim şəhidlərin ruhunu təhqir edirlər. Bir-iki gədə çıxıb orda təhqiramiz sözlər işlədirlər. Biz buna yol verə bilmərik. Mən şəxsən bu yaşımda gedib şəhid olmağa hazıram. Allahtala o günü mənə qismət eləsin. İki əmim oğlu gedib şəhid oldu Allah eləsin mən də gedim şəhid olum. Bəzi patronlar var ki, gedib xaricdə neçə miyobnluq evlər tikirlər,  biz bina uğrunada mübarizə aparırıq. Müəyyən qüvvələr var ki, çox ciddi çalışırlar ki, bizə torpaqlarımızı unutdursunlar, amma buna da nail ola bilməyəcəklər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr