Partiyadan KİV-ə dəstək BƏYANATI
ALDP: "Operativ Qərargahı mətbuatla bağlı qərara yenidən baxmağa və ləğv etməyə çağırırıq"
Azərbaycan Liberal Demokrat Partiyası Kütləvi İnformasiya Vasitələrinə dəstək bəyanatı yayıb.
Versus.Az xəbər verir ki, bəyanatda deyilir:
"Martın 24-dən aprelin 20-dək Azərbaycanda yayılan COVİD-19 bağlı xüsusi karantin rejimi elan olunmuşdur. Bu pandemiya ilə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi.
Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Təəssüf ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi və bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artdı.
Bunlara əsaslanaraq Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən sərt karantin rejimi tətbiq olunub.
Qəbul olunan qaydaların KİV-ə aid olan hissəsində KİV haqqında qanunun pozulması oldu.
ALDP hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuatla bağlı verdiyi qərar KİV haqqında qanuna birbaşa ziddir.
ALDP hesab edir ki, bu qərar jurnalistlərin fəaliyyətinin birbaşa məhdudlaşdırılması və müstəqil mətbuata qarşıdır.
ALDP olaraq bunu müstəqil mətbuata təzyiq kimi qiymətləndiririk.
ALDP Operativ Qərargaha müraciət edərək, KİV haqqında qanuna uyğun olaraq mətbuatla bağlı qərara yenidən baxılmasının və ləğv edilməsinə çağırırıq".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”