"Vəzifəmiz yalnız əl qaldırmaq, lehinə düyməsini basmaq deyi"

17:13 06-06-2020 | icon 666 | Siyasət
"Vəzifəmiz yalnız əl qaldırmaq, lehinə düyməsini basmaq deyi"

Razi Nurullayev: “Konkret vəzifəli şəxslərin adları açıqlanmalıdır”

 

“Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü seçilməsi münasibətilə hər bir həmkarımı təbrik edirəm və onlara bu şərəfli işdə uğurlar arzulayıram. Hesab edirəm ki, korrupsiya ilə çarpaz nəzarət mexanizmi olmadan effektiv mübarizə aparmaq mümkün deyil. Bu komissiyanın tərkibində siyasi baxımdan tam fərqli düşüncəyə, yanaşmaya və ritorikaya malik həmkarlarımı da görmək istərdim. Korrupsiya və rüşvətxorluq hələ də ciddi bəla olaraq ölkəni sarıca deyilən bir alaq otu kimi sarıyıb və cəmiyyəti boğub məhv etməkdədir. Uzun müddətli məmur özbaşınalığı və rüşvətxorluğu nəticəsində problemlər üst-üstə qalanıb və onları həll etmək üçün illər lazımdır”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

 

R.Nurullayev bildirib ki, bu korrupsiya və rüşvətxorluq üçün kimlərsə çox ciddi məsuliyyət daşımalıdır:

“Konkret vəzifəli şəxslərin adları açıqlanmalı və onların məsuliyyət dairəsi cəmiyyətə deyilməlidir. Bu sahədə sizlərin üzərinə böyük məsuliyyət düşür. Bizim vəzifəmiz əl qaldırmaq, ancaq lehinə düyməsini basmaq deyil və göndərilən bütün layihələrə də "hə" demək deyildir. Bizim qəbul etməmək, etiraz etmək və qanunları geri qaytarmaq hüququmuz var. Vəzifəmiz dövlət, torpaq, bayraq və ordu üçün şərəflə ölməkdir. Vəzifəmiz dövlətin atributlarını qorumaqdır. Azərbaycanın prezidenti və birinci vitse-prezidenti də ölkəmizin təmsilçiləri, atributlarıdır. Vəzifəmiz həm də dövlətçilik naminə onların adlarını uca tutmaqdır. Qalanlar isə təfərrüatdır. Razılaşmamaq, etiraz etmək və inanaraq fərqli fikir söyləmək də bir dəyərdir. Siyahıda olan əziz həmkarlarıma hörmətimi izhar etməklə bərabər bu tərkibdə fərqli siyasi düşüncə təmsilçisinin olmadığını əsas tutaraq əleyhinə səs verəcəm. Qoy həmkarlarım məndən inciməsinlər. Mən sadəcə əleyhinə səs verməklə sizlər, cəmiyyət, vətəndaşlar və hörmətli media nümayəndələri üçün mövqeyimi açıqlayıram”./Cebhe.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr