MMP-nin rayon təşkilatı prezidentin “biz birlikdə güclüyük” şüarına QOŞULDU
İlqar Əsgərov: “Biz də çalışırıq ki, xalqımız bu pandemiya bəlasından az itki ilə çıxsın”
“Karantin qaydalarının yumşaldılmasından 10 gün sonra nəticələrdən məlum oldu ki, insanlar elə zənn ediblər ki, ölkə koronavirusdan tamamilə qurtarıb. Buna görə də qoyulan qaydaları pozdular, necə gəldi hərəkət etdilər, çayxanalarda, internet klublarda və sair yerlərdə toplaşdılar. Bu da karonavirusa yoluxmaların sayını artırdı və qaydaların daha da sərtləşməsinə səbəb oldu”.
Versus.Az xəbər verir ki, bunu karantin qaydalarının yenilənməsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının Qazax rayon təşkilatının sədri İlqar Əsgərov bildirib.
Qeyd edək ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın karantin qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı qərarı və ölkə başçısının, eyni zamanda vitse-prezidentin pandemiyaya qarşı mübarizəsi siyasi partiyalarda diqqət mərkəzindədir. Müasir Müsavat Partiyası və partiyanın rayon təşkilatları da bu yöndə fəaliyyətlərini aktivləşdirib.
MMP-nin Qazax rayon təşkilat sədri deyir ki, təşkilat olaraq qərara gəlinib ki, Prezidentin xalqı pandemiyadan qorumaq üçün göstərdiyi təşəbbüsə dəstək olsunlar:
“Partiyamızın sədri Hafiz Hacıyevin təlimatı üzrə Prezidentin təşəbbüsünə dəstək kampaniyasına başlamışıq. Təşkilatımızın üzvləri maska və əlcək geyinərək vətəndaşlar arasında təbliğat aparır, insanları karantin qaydalarına riyət etməklə bağlı məlumatlandırırlar. Biz də MMP-nin Qazax rayon təşkilatı olaraq, çalışacağıq ki, cənab Prezidentin dediyi kimi, xalqımız bu pandemiya bəlasından az itki ilə çıxsın”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”