İqbal Ağazadənin Şuşanın 270 illiyi ilə bağlı təklifinə ziyalılardan DƏSTƏK
Ziyalılar da Şuşanın 270 illiyinin qeyd olunmasını təklif etdi
Azərbaycanın qədim şəhəri Şuşanın əsasının qoyulmasının 270 illiyinin yüksək səviyyədə keçirilməsi məsələsi gündəmə gəlib.
Versus.az xəbər verir ki, bununla bağlı ilk olaraq, Ümid Partiyasının sədri İqbal Ağazadə Prezident və birinci vitse-prezidentə müraciət də ünvanlamışdı.
Bundan sonra Mili Məclisdə də Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi ilə bağlı geniş miqyaslı tədbirlərin təşkil olunması barədə təkliflər səsləndirilib. Bu təklif ölkənin tanınmış ictimai-siyasi xadimləri tərəfindən də müsbət qarşılanıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi istiqamətində tədbirlərin gerçəkləşdirilməsi yaxşı olardı:
“Vaxtiylə biz Bakıda Şuşanın əsasının qoyulmasının 250 illiyinin qeyd olunması məsələsinin gündəmə gətirmişdik və tədbir də təşkil eləmişdik. Düzdür, dövlət səviyyəsində olmamışdı, amma siyasi patiyaların, bir sıra təkilatların, ziyalılan iştirakı ilə belə bir tədbir keçirilmişdi. Hesab edirəm ki, Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdır. Bu tədbir ermənilərin Şuşa ilə bağlı iddialarına cavab olar. Bu barədə bizim Ümid Partiyası ilə də söhbətlərimiz olub, onların belə bir təşəbbüsü var. İqbal Ağazadənin müraciəti var. Sonra millət vəkili Aqil Abbas da bu məsələni Milli Məclisdə gündəmə gətirdi. Biz bütövlüklə bu məsələyə dəstək veririk. Hesab edirəm ki, bu tədbir dövlət səviyyəsində yüksək formada təşkil olunmalıdır”.
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas da Şuşanın 270 illiyinin keçirilməsi ilə bağlı parlament də məsələ qaldırıb. A.Abbas hesab edir ki, belə bir tədbirin keçirilməsi vacibdir:
"Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək. Təəssüf ki, akademiyanın Tarix İnstitutu Qarabağ xanlığının ildönümünü heç yada salmayıb. Ən azından Şuşanın Bayat kəndinin tarixi ilə bağlı məlumatlar çatdırılmalıdır. Ancaq təəssüf edirəm ki, bizdə bunu da etmirlər. Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək".
Tanınmış hüquqşünas Aslan İsmayılov isə bildirib ki, Qarabağın Azərbaycan torpağı olmasını bir daha təsdiq etmək, işğal məsləsinin gündəmə gətirmək üçün bu, ən yaxşı vasitədir:
“Mən, İqbal Ağazadənin bu məsələ ilə bağlı ölkə başçısına müraciəti ilə tanış oldum. Hesab edirəm ki, haqlı müraciətdir. Biz həmişə təbliğat tərəfdən uduzmuşuq. Ona görə də Şuşanın salınmasının 270 illiyi ilə tədbirlərin keçirilməsi müsbət nəticələr verəcəyini düşünürə. Özü də bunu bir gün yox. Il boyu keçirmək lazımdır. Eyni zamanda, bu tədbirlər təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə keçirilməlidir. Biz Xocalı ilə bağlı tədbirləri necə dünyanın bir çox yerlərində keçiririksə, bunu da elə etməliyik. Hesab edirəm ki, bu, Qarabağın azad olunması üçün ən yaxşı ideoloji vasitədir. Bu səbədən də bu təklifi bütün varlığımla dəstəkləyirəm”. /unikal.org/
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”