Deputatın seçicilərlə onlayn görüşləri davam edir
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 15 gündə Tovuz rayonundan olan 300-ə yaxın seçicisi ilə onlayn şəkildə danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb.
Versus.Az xəbər verir ki, millət vəkili onlayn görüşdə seçicilərin müraciətləri istiqamətində həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 350-dən çox müraciət dinlənilib.
Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.
Müzakirələr zamanı Q.Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.
Millət vəkili eyni zamanda COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə prezident İlham Əliyevin rəhbərliyi altında dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”