"Prezident düz vurğulayıb" - MÜSAHİBƏ

12:38 08-06-2020 | icon 337 | Siyasət
"Prezident düz vurğulayıb" - MÜSAHİBƏ

Fuad Əliyev: "Bütöv bir cəmiyyət olaraq, Dağlıq Qarabağ məsələsində dövlət başçısına dəstək verməliyik"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avrasiya.net-ə müsahibə verib.


Versus.Az həmin müsahibəni təqdim edir:


Fuad müəllim, prezident İlham Əliyev Tərtərdə olarkən çıxışında deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər.



- Prezident düz vurğulayıb. Dağlıq Qarabağla bağlı məsələdə bütün dünya Azərbaycanın mövqeyini dəstəkləyib, ərazi bütövlüyümüzü tanıyıb. Dünyanın nüfuzlu təşkilatları münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı bəyanatlar veriblər, mövqe bildiriblər.



Amma Avropadakı bəzi dairələr Azərbaycanla bağlı öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri - obyektivliyə yol verir.



- Mən deməzdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Avropa və ABŞ dövlətlərin qərəzli mövqeləri olsun. Bu ölkələr BMT üzvüdürlər və Ermənistanın işğalçı dövlət olduğuna, Azərbaycanın işğal etdiyi torpaqlarından silahlı qüvvələrin çıxarıldması ilə bağlı 4 qətnamənin qəbulunda iştrak ediblər. Ondan başqa, Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit olunub. Amma düzdür, vaxtaşırı bəzi beynəlxalq təşkilatlar bəyanatlar verirlər. O da əsasən insan haqları və seçkilərlə bağlı olur.



Fuad müəllim, bəs Avropa Şurası? Qondarma “DQR”də keçirilən “seçkilər” və “inaqurasiya” ilə bağlı susqunluğu. “Susmaq razılığ əlamətidir”- belə deyirlər.



- Avropa Şurasının Azərbaycanla münasibətləri başqa bir söhbətdir. Ermənilərin dünyada güclü lobbisi var. Bu təşkilatlar illər boyu fəaliyyət göstərilən ölkələrdə Azərbaycan və Türkiyəyə qarşı iş görürlər. Azərbaycanın Avropa Şurasına üzv olandan sonra, bu təşkilatda ermənipərəst güvvələr fəallaşdılar. Bu faktdır. Və bəlkə də bu yeganə təşkilatdır ki, qondarma “DQR”də keçirilən “seçkilərə” öz mövqeyini bildirməyib. Azərbaycana qarşı ikili standart, qərəzli mövqe nümayiş etdirib. Dövlət başçısının çıxışına baxmışam. O, da öz çıxışında bunu vurğuladı.



- Belə olan təqdirdə biz daha nə etməliyik ki, bizə qarşı belə qeyri-obyektiv münasibət olmasın?



- Mənim fikrimcə, Azərbaycan belə qurumlarla və hətta erməni mövgeyindən çıxış edən ölkələrlə ikili münasibətlərə yenidən baxmalıdır. Bunlar bilməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsində neytrallığı qoruyub beynəlxalq prinsipləri, qəbul olunan qanunları, BMT-nin 4 qətnaməsini hər şeydən üstün tutub işğalçı Ermənistana qarşı siyasi və iqtisadi təzyiqlər etməlidirlər. Biz isə bütöv bir cəmiyyət olaraq, Dağlıq Qarabağ məsələsində dövlət başçısına dəstək verməliyik. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, sülh danışıqları müsbət nəticə verməzsə və ermənilər beynəlxalq hüquq norma və prinsiplərinə sayqısızlıqlarını nümayiş etdirib işğalçılıq siyasətini davam etdirərlərsə, o zaman hərb yolunun seçilməsi məcburiyyətində qalacağıq. Mənə elə gəlir ki, dövlət başçısı İlham Əliyevin Dağlıq Qarabağda anti-terror əməliyyatlara başlanması tapşırığı bütün cəmiyyətin istəyi ola bilər. Prezidentin vurğuladığı 5-ci kalona gəlincə, onun planlarını heç bir zaman həyata keçməyəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr