Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
Partiya sədri misal olaraq Əlimərdan bəy Tobçubaşovun fonunda Cəmil Həsənlinin nə qədər cılız və miskin görsəndiyini qeyd edib:
"Yaxud da kənd tövləsindəki inəklərlə buğanın fərqini bilməyən şəhərlinin hekayətini danışıb, sonra da yumurtlayan toyuqlar kimi qaqqıldayan Gültəkin Hacıbəylini Cümhuriyyət qurucularımızdan kiminlə müqayisə etmək olar ki? Heç biri ilə! Çünki AXC hökumətinin qurucuları arasında bu cür idbar siyasət dəllalları yox idi. AXCP-nin və Əli Kərimlinin dırnaqarası “Milli Şura”sına hər cürə tiplər, marginallar yığışıblar və onların söhbətlərində ciddi siyasi müzakirə adına heç nə yoxdur. Bu cür söhbətlərə yalnız 90-cı illərdə çayxanalara yığışıb nərd, domino oynayanların məclislərində rast gəlmək mümkün idi. Bunlar hələ də 90-cı illərdə ilişib qalıblar. Təfəkkürləri də, davranışları da meydan təfəkkürüdü, çayxana davranışıdır. Siyasi mədəniyyətlərindən (daha doğrusu, mədəniyyətsizliklərindən) isə heç danışmağımıza dəyməz. Qosqoca professor onların yanında yer almaq istəməyən digər müxalifət partiyalarının hamısını topdan təhqir edir və sonra da hırıldayır. Söhbət əlbəttə ki, Cəmil Həsənlidən gedir. Adam siyasi rəqabəti “tryapka” səviyyəsinə qədər endirərək deyir ki, “Dialoqa gedənlər elə tryapkaya çevrilib ki, indi o tryapka ilə heç ayaqqabı da silmək olmaz”. Öz opponentlərinə qarşı “tryapka” təfəkkürü ilə yanaşan bir “Milli Şura” sədri bu səviyyə iləmi ölkə prezidenti olmaq istəyirdi?! Yaxşı ki, ola bilmədi. Yaxşı ki, xalq bu səviyyəsiz professora səs vermədi".
Ə.Hüseynovun fikrincə, elementar debat mədəniyyətinə malik olmayan, oturuşlarına, davranışlarına fikir verməyən, ağızlarından çıxan sözün məsuliyyətini hiss etməyən, xalqı aşağılamaqdan çəkinməyən Rahim Hacıyevlər, Gültəkin Hacıbəylilər də bu başabəla professorun başına yığışıb, guya öz aləmlərində böyük siyasətlə məşğul olduqlarını, iqtidarla mübarizə apardıqlarını zənn edirlər:
"Mənim belə bir “milli şura”nı dəstəkləyən saf qəlbli, təmiz əqidəli sıravi insanlarımıza heyfim gəlir. Qoy onlar bu videogörüntüləri diqqətlə izləsinlər və Azərbaycan xalqına yol göstərmək, liderlik etmək istəyən bu liderciklərin gerçək simalarını yaxından tanısınlar. Budəfəki videgörüntüləri rəzalətin zirvə nöqtəsi də hesab etmək olar.