“Polislərin başına yuxarıdan zibil "qusan" nadan bildimi ki…”

12:16 09-06-2020 | icon 341 | Siyasət
“Polislərin başına yuxarıdan zibil "qusan" nadan bildimi ki…”

Aydın Quliyev: Polisə atılan tullantılar həm də hərbçi əskərimizə atılan tullantı deməkdir”

 

Həftəsonu karantin qaydalarının icrası zamanı vətəndaşların binadan onların üzərinə zibil, tullantı əşyalar atması Azərbaycan ictimaiyyətində böyük səs-küyə səbəb olub.

 

Versus.Az xəbər verir ki, baş verənlərə münasibət bildirən Aydın Quliyev hiddətini gizlətməyib.

 

Politoloq qeyd edib ki, həftəsonu karantın qaydalarının icrasına nəzarəti polislərimiz Daxili Qoşun əskərləri ilə birlikdə həyata keçirib. A.Quliyev hesab edir ki, bu halda polisə atılan tullantılar həm də hərbçi əskərimizə atılan tullantı deməkdir:

“Hansısa hikkəsinin ucbatından nadanlıq edənlərin sabah hərbçi əskərlərimizdən erməniyə qarşı döyüşlərdə şücaət ummağa üzü və haqqı olacaqmı? Bu gün küçələrdə pandemiya ilə mübarizəyə nəzarət edən polislər sabah elə həmin hərbçi əskərlərlə çiyin-çiyinə torpaq uğrunda müharibəyə getmiyəcəkmi?! 80-ci illərin sonlarından indiyədək polislər erməni təcavüzünə qarşı müharıbədə azmı şücaət göstərib?! Yaşadığı yuxarı mərtəbələrdən aşağıya "zibil qusanlar" hardan bilsinlər ki, neçə min polis şəhidimiz, neçə nəfər polis Milli Qəhrəmanımız var”.


A.Quliyev bildirib ki, Vətənin torpağının, demək həm də namusunun real müdafiə qüvvələrindən biri olan polisə bu sayaq münasibət göstərənlərin milli namusdan, qeyrətdən danışmağa haqqı ola bilməz:

“Bəllidir ki, yuxarı mərtəbələrdən "zibil qusanlar" bir-iki nəfər cahillər ola bilər. Polisin bu günlərdəki fəaliyyətinə dəstək verən ictimai qüvvə o qədər güclü və həlledicidir ki, bunun qabağında bir-iki adama heç əhəmiyyət verməmək də olardı. Ancaq bu cahil hərəkəti və əslində cinayəti kənardan görənlər də olub axı... Passiv seyrçi mövqelərdəki sükutu anlamaq olmur. Demirəm ki, o cahil "daş-qalaq" edilməli idi. Ən azı ona etdiyinin cinayət və mənəviyyatsızlıq olduğu başa salınmalı idi”.


Politoloq hesab edir ki, hansısa polis nəfərinin, ya zabitin hərəkətindən narazılıq ola bilər, ancaq narazılığın ifadə forması qanun-qayda ilə, ya da heç olmasa ədəb-ərkanla tapılmalıdır:

“Polis Azərbaycanın ən çoxsaylı nizami rəsmi mütəşəkkil qüvvəsidir. O qədər çoxsaylı ki, ölkədə polislə birbaşa bağlılığı olmayan tək-tük ailələr tapmaq olar. Tək-tək ailələr ola bilər ki, polisdə işləməyən bir kəsi olsun. Polisə qarşı kiminsə həqarəti əslində Azərbaycan ailələrinin mütləq əksəriyyətinə qarşı həqarət deməkdir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr