Fuad Əliyevdən Cəmil Həsənlinin “tryabka”sına sərt CAVAB

14:10 09-06-2020 | icon 417 | Siyasət
Fuad Əliyevdən Cəmil Həsənlinin “tryabka”sına sərt CAVAB

Fuad Əliyev: "Sizdən fərqli olaraq bunu gizlətməmişik, görüşə dəvət alıb, getmişik"

 

“Əxlaq normalarından uzaq fikirlər bir daha Milli Şurada bəzilərin hələ də 90-ci illərdəki düşüncədə qaldıqlarını göstərdi”.

 

Versus.az xəbər verir ki, bunu “facebook” səhifəsində ALDP sədri Fuad Əliyev Milli Şuranın son onlayın tədbirində Cəmil Həsənlinin dialoqa gedən müxalifət nümayəndələrini “tryapka” adlandırmasına cavab olaraq yazıb.

 

F.Əliyev maraqlı bənzətmələr aparıb. Bildirib ki, təxminən 1984-cü ildən məhşur “Queen” qrupunun fanatı olub. “Queen”i o qədər xoşlayıb ki, onların plastinka, kampakt disklərini alıb yığıb. Qrupun bir mahnısını xüsusilə bəyənib, hansı ki, o, milliyonların da xoşuna gəlir.

 

ALDP sədri diqqəti ən sevdiyi “Show must go on” – “Şou davam etməlidir” mahnısına yönəltməklə, Milli Şurada baş verən proseslər arasında maraqlı müqaisələr aparıb:

“Milli Şura hələ yaranmamışdan 4 ay öncə, ABŞ Dövlət Departamentində keçirilən görüşdə belə bir təşkilatın təsis olunmasını və Rüstəm İbrahimbəyovun ona rəhbərlik edəcəyini və bu təşkilatın yaradılmasında Rusiyanın rolunun olduğunu biləndən sonra, bu təşkilata üzv olmaqdan imtina etdim. Daha sonra baş verən hadisələr bizim addımımızın düzgün olduğunu göstərdi. 2013-cü ildəki prezident seçkisində Rüstəm İbrahimbəyovun seçki şousı fiaskoya uğradıqdan sonra bir neçə təşkilat Şuranı tərk etdi. Rüstəm İbrahimbəyov indi də Suranın Fəxri sədr kimi bu şounu göstərməyə davam edir. Çox təəssüf ki, Şurada tanıdığım və hörmət etdiyim dostlarımız hələ də oranı tərk etməyiblər. Onların Şurada təmsil olunması həmişə haradasa mənim Şura haqqında deyəcəyim fikirlərin qarşısını alıb. Hörmətli Cəmil Həsənlini tanıdığıma görə, dediyi bəzi fikirlərinə çox vaxt münasibət bildirmirdim. Amma Şuranın məlum onlayn iclasının silsilə şousunun axırıncı seriyasında işlətdiyi ifadələr məni münasibət bildirməyə məcbur etdi.

Belə ki, məlum iclasda səslənən siyasi etikadan və əxlaq normalarından uzaq fikirlər bir daha Milli Şurada bəzilərinin hələ də 90-ci illərdəki düşüncədə qaldıqlarını göstərdi. Milli Şuranın onlayn iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların bu gün də eyni mövqedə, düşüncədə olduqlarını göstərdi. Siz iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, başa düşdüyünüz sözlə desəm, qeybətlə məşğulsuz. Başqalarını təhqir edirsiz. Biri heç nəyə nail olmayan bir professoru təhqir edir, biri isə “bakılı-rayonlu” söhbəti edir.... Qadın olduğuna görə şəxsən mən keçirəm...”

 

ALDP sədri hesab edir ki, bu qurum artıq sərhədləri aşıb. O, sətiraltı çıxışla C.Həsənliyə üzünü tutaraq, bəlkə “tryapka” biz yox, sizsiniz?!”- deyə, hiddətini bildirib:

“Bilirsiz, insan bir otaqda tək olanda nə edirsə ona öyrəşir. Və vaxt geçdikcə, o hərəkətləri cəmiyyətin içində olanda da təkrar edir. Onun hərəkətləri vərdişə çevrilir. Yəni ki, siz tək olanda olduğunuz otaqda yerə tüpürürsüzsə, burnunuzu eşəliyirsizsə (çalışıram siz başa düşdüyünüz sözləri işlədim), bərkdən öskürəndə, asqıranda və (sizdən fərqli olaraq etikadan kənar çıxmıram) ya ... , bu hərəkətlər artıq vərdişləşir. Və cəmiyyətdə olarkən siz bunları edirsiz, çünki bu sizin üçün artıq normaya çevrilib.

Hörmətli Cəmil müəllim, siz Şuradan kənar müxalifət nümayəndələrini “tryapka” adlandırdınız. Görəsən hardan bilirsiz ki, hakimiyyətlə dialoqa gedənlər “tryapka” olur. Maraqlıdır, biz sizdən fərqli olaraq bunu gizlətməmişik, bir görüşə dəvət alıb, getmişik. Bu baxımdan bəlkə “tryapka” biz yox, sizsiniz?!

Bunları yazanda başqa bir maraqlı serial yadıma düşdü. “Maski şou” serialı. Təəssüf ki, o böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi, axırda “Maski şou” oldu...”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr