Hafiz Hacıyev: "Hakimiyyətlə dialoqa getmək qəbahət deyil, qəbahət odur ki..."
"O, ermənilərin sözüylə oturub-duran adamdır. Bizə qarşı isə çox əxlaqsız söz danışır. Ona görə də belə də olmalıydı. Çünki bir adam ki, qızını erməniyə ərə verə və gedib erməni nəvəsini qucağına götürə, ondan nə gözləmək olar?”
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri müxalifət partiyalarını “tryapka” adlandıraraq təhqir edən Milli Şuranın sədri Cəmil Həsənlinin danışdıqlarının cəfəngiyyat olduğunu bildirib:
“Çox təəssüf ki, Cəmil Həsənli kimi bir adam Azərbaycanda müxalifət partiyalarını “tryapka” adlandırıb. O, zaman-zaman satılmış bir adam olub. Bu adam elə hakimiyyətdə müəyyən şəxslərin “tryapka”sı, əlaltısı olub. Prezident Aparatında “tryapka”yla gəzirdi ki, onun kitabını çap etsinlər. O, ermənilərin sözüylə oturub-duran adamdır. Bizə qarşı isə çox əxlaqsız söz danışır. Ona görə də belə də olmalıydı, çünki bir adam ki, qızını erməniyə ərə verə və gedib erməni nəvəsini qucağına götürə, ondan nə gözləmək olar? Qudası Akopla axşama kimi Azərbaycanın qeybətini qıran adamda nə kişilik olacaq ki? Qaçıb gedib Vaşinqtonda özünə bığ qoyub deyir ki, Azərbaycanda hakimiyyətinə mən gələcəm. Buna görə də ən böyük “tyapka” elə Cəmil Həsənlinin özüdür. Onun başına yığılanlar da o səviyyədə olan adamlardır".
H.Hacıyevin fikrincə, Azərbaycanda olan sağlam müxalif qüvvələr də bu məsələyə münasibət bildirməlidirlər:
"Bunlar niyə susublar, çox maraqlıdır. Özünüz də gördünüz ki, Eldəniz Quliyev də bu adamlardan ayrıldı. Həmişə haqqı deyib, bunların kimliyini açıb ortaya qoymuşam. Bizim bəzi insanlar bunlara aldandılar, elə bildilər Amerikaya satılmış adamı gətirib prezident edəcəklər və Gültəkin Hacıbəyli də Azərbaycanın Xarici İşlər Naziri olacaq. Bunlar gördülər k, yanılıblar, xalqımız ağıllıdır, hər şeyi gözəl başa düşür. Ona görə də bu cür insanlara qarşı çox sərt şəkildə mövqeyimizi bildirməliyik. Düşünürəm ki, belə bir insanın bundan sonra Azərbaycana gəlməsinə imkan verilməməlidir. Hər halda mən yaxın günlərdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək onun fəaliyyətinin yoxlanılmasını xahiş edəcəm. Cəmil Həsənlinin cavabını mən hələ prezident seçkilərində verdim və kim olduğunu da sübut etdim. Çox sevinirəm ki, dediklərimin hamısı zaman-zaman gəlib öz yerini tutub.
Eldəniz müəllim də çox sağ olsun ki, indi hər şeyi başa düşdü. Deyir ki, “kor atın da elə kor nalbəndi olacaq”, Cəmil kimi bir adamın elə komandası da özünə oxşayacaq. Hər halda biz siyasi mübarizəmizi davam etdiririk və digər müxalif partiyaları da məsələyə münasibət bildirsinlər. Hakimiyyətlə dialoqa getmək qəbahət deyil, qəbahət odur ki, ermənilərlə dialoqa gedəsən. Bu gün Azərbaycanın iki mərd oğlu Dilqəm və Şahbaz Cəmilin erməni qudasının qohumlarının əsirliyindədir və bu günə kimim o haqda bir kəlmə söz deməyib. Onların axşama kimi bizim əleyhimizə qarayaxmalarından isə heç də narahat deyilik”.
Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli hökumətlə dialoqa gedən müxalifətçilərə “tryapka” deyərək təhqir edib. /Moderator.az/
Versus.Az