"Ölkəni parçalamaq istəyənlərin siyasi məhbus kimi tanınmasına yol verməyək"

08:30 13-06-2020 | icon 1356 | Siyasət
"Ölkəni parçalamaq istəyənlərin siyasi məhbus kimi tanınmasına yol verməyək"

İqbal Ağazadə: "Onu müdafiə etmək Zori Balayanı, Silva Kaputikyanı, Köçəryanı, Sarkisyanı, Ohanyanı müdafiə etməkdir"

 

"Separatçı Fəxrəddin Abbasovun azadlığını tələb etmək insan haqlarını qorumağa yox, pozmağa xıdmət edir".

 

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasnda Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 

Partiya sədri hesab edir ki, Fəxrəddin Abbasov etnik-milli münaqişə yaratmağa cəhd etməklə tarixən dost, qardaş, hətta ailə olan azərbaycan türkləri ilə talışları düşmən etməyə çalışır. Onun sözlərinə görə, əgər F.Abbasov bu istəyinə nail olarsa, on minlərlə ailə düşmən olacaq, insanlar həyatlarını itirəcək:

"Azərbaycan dövlətini parçalamağa cəhd edənləri müdafiə etmək insan haqlarını qorumaq yox, gələcəkdə insanların haqqını pozmağa rəvac verənləri qorumaqdır. Fəxrəddini müdafiə etmək Zori Balayanı, Silva Kaputikyanı, Köçəryanı, Sarkisyanı, Ohanyanı müdafiə etməkdir...

Kimsə bundan sui-istifadə etməsin. Fəxrəddin və bu qəbildən olanlar təkcə Azərbaycan düşməni deyillər, insanlığın, sülhün, barışın düşmənləridirlər".

 

İ.Ağazadə deyib ki, Azərbaycanda vətəndaş haqları pozulur, lakin etnik-milli zəmində deyil. Məhkəmələr də azad deyil, sifarişli qərarlar çıxardır, lakin etnik azlıqlara qarşı deyil, hamıya münasibətdə:

"Bu ölkə türkü, talışı, ləzgisi, avarı, kürdü, tatı, ingiloyu, saxuru, qırızı, yəhudisi ilə gözəldir. Azərbaycan insanını dilinə, dininə, millətinə görə sevmirik - AZƏRBAYCANA münasibətinə görə sevirik. Kim bu cənnət Vətəni sevəcəksə onunla sonsuza qədər birlikdəyik, kim xəyanət edəcəksə qarşısındayıq...

Gəlin birlikdə güclü Azərbaycan quraq - insan haqlarının qorunduğu, ərazisi işğaldan azad olunmuş, demokratik Azərbaycan... Bu Vətən onu parçalayanların yox, bütövləşdirənlərin vətənidir..."

 

Beynəlxalq təşkilatların Fəxrəddin Abbasovu siyasi məhbus kimi müdafiə etməyə çalışdıqlarını vurğulayan İ.Ağazadə hüquq müdafiəçilərinə, siyasi institutlara, jurnalistlərə müraciətlə "gəlin bu addımı birgə durduraq ku, heç kim bu vətəni bölməyə həvəslənməsin, onları kiminsə müdafiə edəcəyinə əmin olmasın dedi:

"Cinayətkarın da hüquqları var, heç bir məhkuma və ya təqsirləndirilən şəxsə qarşı CPM-nin tələblərinin pozulmasını istəmirik, olacaqsa, o şəxslərin haqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Lakin ölkəni parçalamaq istəyənlərin də siyasi məhbus kimi tanınmasına yol verməməliyik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr