"Fuad Muradovun arxasında duran, ona dəstək verən məmurlar..." - VİDEO

09:07 13-06-2020 | icon 1391 | Siyasət
"Fuad Muradovun arxasında duran, ona dəstək verən məmurlar..." - VİDEO

Fuad Əliyev: "Onlar da ölkədə gərginlik yaratmağa çalışırlar"

 

“Hər şey ona hesablanıb ki, Qarabağı unut, ŞƏHİD ANASINI söy, DƏYƏRLƏRİ dağıt".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Kanal-13"-ə verdiyi müsahibəsində bildirib.

 

ALDP sədri hesab edir ki, Şəhid sözü olan yerdə heç bir müzakirə olmamalıdır. Şəhid bu vətən üçün, bu torpaq üçün, bizim hamımız üçün canından keçib və bu məsələyə hakimiyyət tərəfindən bir reaksiya olmaması təəcüblüdür.

"Ola bilər ki, Fuad Muradovun arxasında duran və ona dəstək verən məmurlar var. Onlar da ölkədə gərginlik yaratmağa çalışırlar"- deyə, Fuad Əliyev qeyd edib.

 

Fuad Əliyevbildirib:

"Bizə tariximizi, torpaqlarımızı unutdurmaq çalışırlar. Səbirli olmağa tövsiyə edirlər. Ehtiyatda olan polkovnik "Şuşanı vursaydıq, sülh danışıqlarını biz pozmuş olacaqdıq" deyir. "Ermənistan-Azərbaycan sülh platforması" yaratmışdılar. Vaxtı ilə Azərbaycanda yaşayan erməniləri bura gətizdirirdilər. Qohumları ziyarət etmək üçün aparırdılar qəbirsanlığa, bahalı restoranlarda yedizdirirdilər və yola salanda bəlkə də pul da verirdilər. Qarabağı unut, ŞƏHİD ANASINI söy, DƏYƏRLƏRİ dağıt. Hər şey buna hesablanıb. Amma unutdura bilməzsiz! Milli ruhu öldürə bilməzsiz."

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr