Avropa Parlamentindən Ermənistan rəhbərliyi üçün “soyuq duş”

13:55 13-06-2020 | icon 718 | Geopolitika
Avropa Parlamentindən Ermənistan rəhbərliyi üçün “soyuq duş”

Əlisahib Hüseynov: "Ermənistan beynəlxalq birliyin etimadını tamamilə itirmiş bir ölkəyə çevriləcək"

 

"Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin, eləcə də bu qurumun Parlament Əməkdaşlığı Komitəsinin Cənubi Qafqaz ölkələri üzrə həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan dövlət sərhədləri çərçivəsində nizamlanması zərurətini təsdiqləyən birgə bəyanat qəbul etməsi heç şübhəsiz ki, problemin sülh yoluyla tənzimlənməsinin beynəlxalq hüquq aspektindən dəstəklənməsi kimi dəyərləndirilməlidir. Sözügedən bəyanatda eləcə də rəsmi İrəvanın işğal olunmuş Qarabağı Ermənistanla birləşdirən üçüncü yolun tikilməsi barədə qərarının kəskin tənqid edilməsi və “Azərbaycanın işğal altında olan əraziləri” ifadəsinin yer alması faktı da erməni işğalının beynəlxalq səviyyədə etiraf və mühakimə edilməsi deməkdir. Bu onu göstərir ki, artıq Avropa təsisatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qeydsiz-şərtsiz qəbul edir və həm də qınayırlar".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, bu bəyanatın Ermənistanda şok effekti yaratması tamamilə təbiidir. Onun sözlərinə görə, Avropa Parlamentinin bəyanatı Ermənistan rəhbərliyi üçün sözün həqiqi mənasında “soyuq duş” oldu:

"Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya birliyi tərəfindən tanınan sərhədləri (yəni ərazi bütövlüyü) çərçivəsində həllinə çağırışın açıq şəkildə əks olunması Nikol Paşinyan və Zöhrab Mnasakanyan üçün diplomatik nokaut sayıla bilər. Çünki bu erməni cütlüyü indiyə qədər bütün açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin yalnız millətlərin öz müqəddəratını təyinetmə prinsipi əsasında həll oluna biləcəyini israrla vurğulayırdılar. Lakin reallıq isə bir daha hamıya məlum olan həqiqəti təsdiqlədi ki, beynəlxalq hüquq birmənalı olaraq hər zaman ərazi bütövlüyünün bərpası tələbi ilə çıxış edən Azərbaycanın tərəfindədir. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi illüziyalarla yaşamamalıdır. Paşinyan reallıq hissini itirməməlidir. Əks halda isə, Ermənistan bu gedişlə beynəlxalq birliyin etimadını tamamilə itirmiş bir ölkəyə çevriləcək".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr