"Durdurun bu tikintiləri!"
İqbal Ağazadə: "Ya aktiv müharibəyə başlamalı, ya da orda aparılan bütün tikinti sahələri havadan bombalanmaqla durdurulmalıdır"
"Ermənistan işğal etdiyi Azərbaycan əraziləri ilə əlaqə üçün Zəngilan ərazisindən üçüncü yol çəkir. Bundan əvvəl isə Laçın və Kəlbəcər ərazisindən analoji yol salınıb. Avropa Birliyindən də salınan yolla bağlı etirazlar eşidilir və Ermənistanın atdığı bu qeyri-qanuni addımı qınanılır".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
Partiya sədri hələ xeyli əvvəl Azərbaycanın işğal olunmuş ərazilərdə tikinti aparan Ermənistan tərəfini durdurmasını bəyan etdiyini vurğulayıb:
"Biz torpaqlarımızı kimsəyə güzəştə getməyəcəyik. İndi azad edə bilmirsinizsə, gələcəkdə problem yaranmasına şərait yaratmayın.
Zəngilandan çəkilən yolun böyük strateji əhəmiyyəti var. Ərazini tanıyanlar bilir ki, biz hərbi əməliyyatlara başlayanda Zabux keçid məntəqəsi separatçılara dəstək üçün yetərli olmayacaq. O cümlədən, Kəlbəcərdən də məsafə və keçid imkanları əlverişli deyil. Durdurun bu tikintiləri!"
İ.Ağazadənin fikrincə, işğal ərazilərində aparılan bütün tikinti sahələri havadan bombalanmalıdır ki, düşmən bu torpaqlardan vaz keçmədiyimizi anlasın:
"Ermənistanın apardığı tikinti işləri beynəlxalq hüquq normalarına ziddir. Bizim başqa yolumuz yoxdur. Ya aktiv müharibəyə başlayıb torpaqlarımızı işğaldan azad etməliyik, ya da orda aparılan bütün tikinti sahələri havadan bombalanmalı və durdurulmalıdır. Onların kommunikasiya imkanlarının genişlənməsi sabahkı savaşda daha çox insanımızın itkisi ilə nəticələnəcək. Heç olmasa buna imkan verməyin, həll etmədiklərinizi biz həll edəndə barı müşküllərimiz az olsun! Biz onsuz da torpaqlarımızı işğaldan azad edəcəyik, işimizi çətinə salmayın!"
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”